Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün “Eurovision-2019”un ilk yarımfinalıdır
Tarix: 14.05.2019 | Saat: 10:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bu gün İsrailin paytaxtı Təl-Əvivdə “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayacaq.

Hafta.az xəbər verir ki, yarımfinallar Təl-Əvivdəki Sərgi mərkəzində mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir. Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (“Həqiqət”) mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.

Müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifdir. İctimai Televiziya ilə yayımlanacaq “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizdən olan səsverməni Xalq artisti Faiq Ağayev elan edəcək. Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.


Qeyd edək ki, 1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi “Ginnes”in Rekordlar kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019