Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
18 may Beynəlxalq Muzeylər Günü təntənəli şəkildə qeyd olunacaq
Tarix: 14.05.2019 | Saat: 10:52:00
Bölmə:Mədəniyyət | çapa göndər

18 may Beynəlxalq Muzeylər Günü ölkəmizdə təntənəli şəkildə qeyd olunacaq. Bu əlamətdar gün Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı və Park Bulvar AVM-nin dəstəyi ilə ölkəmizdə də təntənəli şəkildə keçiriləcək.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, ölkəmizin 12 muzeyi − Azərbaycan Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, “İçəri Şəhər” Muzey Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi, Azərbaycan Gömrük Tarixi Muzeyi bu deviz altında birləşərək “Muzeylər Park Bulvarın qonaqları” adlı 3 gün (17-19 may) ərzində keçiriləcək tədbirdə iştirak edərək qonaqlara müxtəlif proqramlar təqdim edəcəklər.

Tədbirin rəsmi açılışı 17 may saat 17:00-da Park Bulvar AVM-nin I mərtəbəsində olacaq və 19 may tarixinədək bu məkanda davam edəcək. Belə ki, həmin günlərdə qonaqlara Azərbaycan Xalça Muzeyi toxuculuq üzrə ustad dərslər, interaktiv təhsil proqramları, uşaqlar üçün “Cırtdanın nağılı” tamaşası; Azərbaycan Milli İncəsənət Muzeyi “Sənətin Məcnunu” pantomima, Kölgə teatrı, rəssamlıq üzrə ustad dərslər, viktorina; “İçərişəhər” Muzey Mərkəzi interaktiv − xınayaxdı mərasimi və FaceArt, “Bakılı qaqaş” tipajı ilə nərd oyunu, “Şivanşahlar dövlətinin vəziri” ilə şahmat oyunu, Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında konsert proqramı; Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fortepiano konserti, "Detaşe" violinoçular ansamblı, “Şirvan” folklor ansamblı və “Qədim musiqi alətləri” ansamblının ifasında konsert proqramları; Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi klassik musiqi əsərlərindən ibarət konsert proqramı, Səməd Vurğunun Ev-Muzeyi şairin şeirlərindən ibarət musiqi və şeir nömrələri; Üzeyir Hacıbəylinin Ev-Muzeyi bəstəkarın “O olmasın, bu olsun” operettasından məktəblilərin ifasında səhnə; Bülbülün Memorial Muzeyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı; Azərbaycan İstiqlal Muzeyi “Ənənədə aşıq sənəti” adlı Dirili Qurbani Məclisi üzvlərinin ifasında konsert proqramı təqdim olunacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019