Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İlahiyyat İnstitutunda “İslam və mənəviyyat” mövzusunda seminar keçirilib
Tarix: 14.05.2019 | Saat: 11:04:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə 13 may 2019-cu il tarixdə filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacının təqdimatında “İslam və mənəviyyat” mövzusunda seminar təşkil edib.

Aİİ-dən hafta.az-a verilən məlumata görə, İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayaraq bildirib ki, ali təhsil müəssisəsində müxtəlif mövzularda ardıcıl təşkil olunan “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər tələbələri maarifləndirmə məqsədi daşıyır, həmçinin cəmiyyətdə böyük maraqla qarşılanır. Ə.Niyazov qeyd edib ki, mənəviyyat dedikdə, insanın daxili aləmi nəzərdə tutulur. Bildirib ki, gənclər cəmiyyətdə tutduğu mövqedən, peşəsindən, sənətindən asılı olmayaraq, faydalı işlər görməli, öz perspektivləri naminə çalışmalı, Vətənin, millətin mənafeyi üçün xeyirxah addımlar atmalıdırlar.

Filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı “İslam və mənəviyyat” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, İslam dininin əsas məqsədi yüksək mənəviyyata və əxlaqi keyfiyyətlərə malik olan insanlar yetişdirməkdir. Bildirib ki, ən yüksək mənəvi dəyərləri özündə birləşdirən İslam dini insanların mənən yeniləşməsində və saflaşmasında, cəmiyyətdə əxlaqi meyarların, dostluq və humanizm prinsiplərinin formalaşmasında müstəsna rol oynayır. Həmçinin hər bir cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün möhkəm zəmin yaradan mənəvi keyfiyyətlər formalaşdırır.

S.Hacı cəmiyyətin milli düşüncə tərzinin formalaşmasında, insanlarımızın yüksək əxlaqi normalar çərçivəsində tərbiyə olunmasında xüsusi rol oynayan adət-ənənələrimizin mənəvi və insani dəyərləri tərənnüm etdiyini vurğulayıb.

Seminarın sonunda Siracəddin Hacı tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019