Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Heydər" məscidində şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib
Tarix: 14.05.2019 | Saat: 11:19:00
Bölmə:Sosial | çapa göndər

Mayın 13-də "Heydər" məscidində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.

Fonddan hafta.az-a verilən məlumata görə, mərasim Müqəddəs Qurani-Kərim tilavəti ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Mehman İsmayılov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

M.İsmayılov qeyd edib ki, ən ali, müqəddəs və şərəfli zirvəyə ucalan şəhidlərimiz daim qəlblərdə yaşayır, heç vaxt unudulmurlar. Belə bir mübarək ayda, iftar süfrəsində şəhid ailələrinin üzvləri ilə bir araya toplaşmaq bizim üçün qürurvericidir.

Tədbirdə “Heydər” məscidinin din xadimləri də iştirak edib.

Çıxışlar zamanı qeyd olunub ki, xalqımız əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var.

İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019