Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gəncədə Səfəvilər dövrünə aid məscid dağıdıldı – FOTOLAR
Tarix: 14.05.2019 | Saat: 11:10:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Gəncədə 16-cı yüz ilə aid məscid dağıdılıb.

Bu barədə hafta.az-a Gəncə şəhər sakinləri məlumat verib. Bildirilir ki, Gəncənin Ozon küçəsində Səfəvilər dövrünə aid tarixi məhəllə məscidinin gümbəzi və məscidin müəyyən hissəsi uçurulub.

Hadisə yerli sakinlərin narazılığına səbəb olub. Hadisənin hansı şəraitdə və necə baş verməsi məlum deyil. Sakinlərin sözlərinə görə, ibadət evi əvvəllər baxımsız qalıb. Divarlarında və yuxarı hissəsində çatlar əmələ gəlib. Dəfələrlə aidiyyəti orqanlara məlumatlar verilsə də, ölçü götürülməyib.

Bir neçə gün əvvəl isə sakinlər beş əsrlik Allah evinin bürclərinin uçduğunu görüblər. Sakinlər qəzalı vəziyyətdə olsa belə məscidin uçurulduğunu iddia edirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019