Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Avroliqanın final mərhələsi çox yüksək səviyyədə keçiriləcək” – Şahin İsmayılov
Tarix: 14.05.2019 | Saat: 12:25:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 29-da ölkəmiz daha bir beynəlxalq əhəmiyyətli yarışa ev sahibliyi edəcək. Söhbət UEFA-nın təşkil etdiyi Avroliqanın final mərhələsindən gedir. Onu da qeyd edək ki, finalda İngiltərənin iki komandası “Arsenal” və “Liverpul” üz-üzə gələcək. Möhtəşəm final isə paytaxtımızın yenicə istifadə verilmiş “Olimpia” stadionunda baş tutacaq.

Buna baxmayaraq, bəzi Qərb ölkələrində yarış öncəsi Azərbaycana qarşı qarayaxma kampaniyaları başlayıb.Lakin bütün bu qarayaxma kampaniyalarının önündə xaricdə oturan bəzi sapı özümüzdən olan bəzi anti-milli qüvvələrin “canfəşanlığı”, absurd bəyanatları ölkəmizin imicinə zərbə vurmaqdan başqa bir şey deyil.

Millət vəkili Şahin İsmayılov hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hər dəfə mühüm beynəlxalq tədbirlər keçirilən zaman müxtəlif səpkili kampaniyalar təşkil olunur. Müəyyən anti-Azərbaycan şəbəkələri ortaya düşürlər. Ciddi şəkildə qarayaxma kampaniyalarına cəhd göstərirlər: “Biz bunu həm Avroviziya mahnı müsabiqəsi zamanı, həm Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları zamanı da gördük. Eyni zamanda, Formula 1 yarışları zamanı da dövrü olaraq müxtəlif qarayaxma kampaniyalarının keçirilməsinin şahidi oluruq. Təbii ki, bunların hamısı anti-milli qüvvələr, erməni diasporunun maliyyələşdirdiyi xaricdəki qeyri-hökumət təşkilatları, müxtəlif siyasətçilər, “insan hüquqları üzrə müdafiə təşkilatları” bu kimi kampaniyalarının müəllifləri qismində çıxış edirlər. Bunların kökünü araşdıranda görərik ki, hamısı vahid mərkəzdən idarə olunan, eyni şəbəkənin müxtəlif qollarıdır. Hər dəfə aidiyyatı olmayan məsələlər qabardılır. Ölkənin nüfuzuna xələl gətirilməyə çalışılır. Onların tirajladığı məlumatların hamısı absurddur. Heç bir əsası yoxdur. Ölkəmizin nüfuzunu zədələməyə hesablanıb. Hər şey statistikada açıq-aydın görünür”.

Millət vəkili deyib ki, son bir neçə ilin statistikasına baxsaq, Azərbaycanda terror təhlükəsinin olmadığını görərik. Əcnəbilərə qarşı baş verən hər hansı terror faktını da müşahidə etməmişik: “Heç xarici vətəndaşlara qarşı aqressiv münasibət də olmayıb. Cinayət hadisəsi də törədilməyib. Dünyanın hər yerində epizodik cinayətlər olur. Bu da təbiidir. Amma sevindirici haldır ki, bizdə bu göstəricilər dünya üzrə ən aşağı pillələrdədir. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan hər zaman beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Xüsusilə də Bakı şəhəri idman yarışlarının yüksək şəkildə təşkili üzrə öz göstəricilərini qoyub. Bir növ xüsusi norma hazırlayıb. Azərbaycan buna qədər təşkil etdiyi idman tədbirlərində təmsilçilik baxımından daha çox ölkə qəbul edib. Avropa Oyunlarında, İslam Oyunlarında onlarla ölkə bu yarışlarda iştirak etmək üçün vətənimizə təşrif buyurmuşdu. Həmin yarışlarda nə idmançılara, nə də azarkeşlərə qarşı hər hansı xoşagəlməz hal baş vermədi. Yadınızdadırsa, Marseldə ingilis azarkeşlərinin çılğınlığı böyük iğtişaşlara səbəb olmuşdu. Kriminal hallar baş verdi. Şəhərin infrostrukturuna ciddi ziyan dəymişdi. Bunların hamısı epizodik hallar ola bilər. Bu cür hallar bizdə yaşanmayıb. “Liverpul”un baş məşqçi Yurgen Kloop çox gülməli açıqlama verib ki, Bakı çox bahalı şəhərdir. Çoxlu səfərlər edən insanlar yaxşı bilir ki, İngiltərənin paytaxtı London turistik baxımından olduqca baha şəhərdir. Nəqliyyatından tutmuş otel xərclərinə qədər çox bahalı ölkədir. Azərbaycanda otellər ucuzdur. Konfort şərait var. Bunun müqabilində bu cür bəyanatların verilməsi anlaşılan deyil. Ölkəmizdə keçirilən bu tədbirə kölgə salmaq istəyənlər var. Bu artıq qarayaxma kampaniyasıdır. Təbii ki, bunların hamısı absurddur. Əfsuslar olsun ki, biz buna öyrəşmişik. Çünki hər dəfə beynəlxalq və dünya əhəmiyyətli yarışlar zamanı ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Hazırlıq mərhələsi də onu göstərir ki, mayın 29-da baş tutacaq Avroliqanın final mərhələsi çox yüksək səviyyədə keçiriləcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019