Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mədəniyyətlərin birlik təcəssümü - “50 Chuseok”
Tarix: 14.05.2019 | Saat: 10:19:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bakıda Ganjlik Mall Cinema Plus-da Argentina kinematoqrafçıları tərəfindən ötən il istehsal olunmuş “50 Chuseok” sənədli filmi nümayiş olunub. Digər filmlərdən janrı və məramına görə fərqlənən bu film, yarım əsrdən sonra tərk edilmiş uşaqlıq həyatının canlanmasından, xatirələrin hər zaman yaşayacağı bir məkana səfər edilməsindən söz açır. 

Bəs film necə meydana çıxıb? Koreyadan olan insanların Argentinaya köç etməsindən 50 il keçir və bu zaman əslən koreyalı olan Çang Sung Kim Argentinada yaşayan koreyalıların yaşamını əks etdirən sənədli film çəkmək qərarına gəlir. Əlbəttə, bu fikir onda boş yerdən oyanmır, axı koreyalıların bu ölkəyə köç etməsinin 50-ci ili tamam olurdu...

Film boyu sadəcə insanların keçmişi deyil, eyni zamanda, Çang Sung Kimin həyatı da sujetlərdə əks olunmaqdadır. "50 Chuseok" adlanan filmin sujet xətti belədir: Çangın şəxsi həyatı senarinin əsasını təşkil edir. Belə ki, o, 1967-ci ildə atası, anası və bacısı ilə birlikdə Argentinaya köçür. O vaxt Çangın cəmi 7 yaşı olub. Maraqlısı budur ki, 1967-ci ildən bəri bir dəfə də olsun Koreyaya gedə bilməyən Çanga qəfil film çəkilişi üçün ana vətininə səfər etməsi təklif olunur. O, beləcə, 50 il əvvəlkindən köklü şəkildə fərqlənən Koreyaya yollanır...

Çang və özü ilə apardığı kiçik heyət Seul, İnçeon, Pusan, Buçeon və Daejeon kimi şəhərləri gəzib, milli mədəniyyəti-məişəti, insanları və onların bu onillər ərzində tikib-yaratdığı, inkişaf etdirdiyi dövlətlə tanış olur. Xüsusilə də doğulduğu məhəllədə bir dükan sahibi ilə söhbəti zamanı göz yaşlarına hakim ola bilmir. Məhz onda başa düşür ki, yarım əsrdən sonra döndüyü bu doğma şəhərin izdihamı içində itib-batır.

Çang Koreyanın əzəmətini görüb, məftun olur. Amma əslən koreyalı olduğu qədər də, bu gün əsl argentinalıdır - Argentina cəmiyyətinin bərabərhüquqlu üzvüdür. O, Koreyada gördüklərini yaşadığı Argentinadakılarla müqayisə edir və tərəflərdən birini digərindən yüksək tutmur, əvəzində özünü Argentina-Koreya cəmiyyətinin vahid üzvü hesab edir və cəmiyyətlər arasında qarşılıqlı hörmət və ehtiramı film vasitəsilə ekranlara daşıyaraq, insanlara çatdırır.

“Tamae Garateguy”un istehsal etdiyi 81 dəqiqəlik sənədli filmin ssenarisi Diego Peluffoya məxsusdur. Filmin rejissoru Florensia Franko, fotomontajçısı Connie Martin, redaktoru Andres Tambornino, səs rejissoru Mariana Delqado, musiqi tərtibatçısı Kristian Bassodur. Əsas rolları Çang Sung Kim, Mayk Amigorena, Daniel Valenzuela, Juan Palomino və başqaları oynayır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019