Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Üç-beş nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz” – Nəsib Məhəməliyev
Tarix: 14.05.2019 | Saat: 15:33:00
Bölmə:Siyasət | çapa göndər

“3-4 nəfər şəxsin Brüsseldə təxribat cəhdi mənfi haldır. Biri var, respublikanın daxilində müxalif mövqedən hansısa fikirlər səsləndirəsən, bu, daxili işimizdir. Ancaq Brüsseldə belə bir önəmli tədbir çərçivəsində 3-4 nəfər öyrədilmiş insanın cənab Prezidentin qaldığı otelin qarşısında bu cür hərəkətlər etməsi həmin şəxslər üçün utancverici haldır. Təbii ki, Azərbaycan xalqı həmin öyrədilmiş insanların bu cür hərəkətlərinə çox pis baxır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili hesab edir ki, Azərbaycan dövləti hansısa beynəlxalq əhəmiyyətli müqavilələrə imza atmaq, eləcə də bu və ya digər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ərəfəsində olarkən heç bir ictimai dəstəyi olmayan üç-beş nəfər təsadüfi insanlar “fəaliyyətə” keçirlər:

“Bunlar Azərbaycan xalqına düşmən kəsilmiş insanlardır. Məqsədləri də diqqəti özlərinə çəkməkdən ibarətdir. Burada başqa bir məqsəd yoxdur. Çox güman ki, bu insanlar kimlərsə tərəfindən öyrədilib. Muzdlu şəkildə tutulub. Bu kimi “addımların” arxasında mayın 29-da paytaxtımızda Avroliqanın final mərhələsinin keçirilməsindən öncə dünya ictimaiyyəti Azərbaycana mənfi yöndən baxmasını təşkil etmək məqsədi dayanır. Artıq biz buna alışmışıq. İstər birinci Avropa Oyunları, istərsə də digər beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində ayrı-ayrı öyrədilmiş jurnalistlər, başqa-başqa qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycanın bugünkü inkişafını, regiondakı gücünü, dünyada özünü təsdiq etməsini istəməyən qüvvələr tərəfindən maliyyələşdirilən aksiyalar təşkil edirdi. Brüsseldəki üç-dörd nəfərin etdiyi hərəkətlər də eyni qəbildəndir”.

Millət vəkili bildirib ki, antiazərbaycan qüvvələrinin bu kimi addımlarının dövlətimizə heç bir təsiri yoxdur:

“Bu cür hərəkətlər, aksiyalar Azərbaycan xalqının ümumi məramına, məqsədinə cüzi şəkildə də olsun təsir göstərə bilməz. Həmişə Azərbaycanda beynəlxalq tədbirlər keçirilən ərəfədə həmin şəxslərin fəallaşması belə bir təəssürat yaradır ki, onlar hansısa mərkəzlər tərəfindən idarə olunur. Digər tərəfdən, Azərbaycanın daxilində də müəyyən qruplar var ki, ölkəmizin Avropaya inteqrasiyasının qarşısını almaq istəyirlər. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlara xələl gətirmək istəyirlər. Dünyada Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd edirlər. Bu cür tədbirlərin, “aksiyaların” məqsədi ölkəmizə maksimum zərbə vurmaqdır. Azərbaycanın inkişafının qarşısını almaqdır. Amma bu antiazərbaycançı qüvvələrin fəaliyyəti heç bir nəticə verməyəcək. Bu, birmənalıdır. Çünki xalq öz prezidentinə inanır. Onun ətrafında sıx şəkildə birləşib. 3-5 nəfər qaragüruhçunun törətdiyi əməllərin heç bir nəticəsi ola bilməz”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019