Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Brakonyerliklə məşğul olan 202 nəfər məsuliyyətə cəlb olunub
Tarix: 14.05.2019 | Saat: 16:14:00
Bölmə:Sosial | çapa göndər

Ötən il və bu ilin ilk dörd ayı ərzində brakonyerliyə qarşı mübarizə çərçivəsində cinayət və inzibati xəta törətdiklərinə görə 202 nəfər məsuliyyətə cəlb olunub.

Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində 2018-ci il və 2019-cu ilin 4 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 197 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 131 izibati xəta faktı aşkar edilib.

E.Süleymanov əlavə edib ki, cinayət və inzibati xəta törətdiklərinə görə məsuliyyətə cəlb olunan 202 nəfərdən qanunsuz balıqovlamada istifadə olunan 101 ədəd qayıq, 424 tor, 32 mühərrik və başqa ov vasitələri, 16 ton 919 kq müxtəlif növ balıq, 2 min 662 ədəd krivet və digər su bioresursları götürülüb.

Cinayət hadisələri nəticəsində təbiətə 56 min manat ziyan vurulmuş, inzibati xəta faktları törədənlər 11 min manat cərimə ediliblər. 2019-cu ilin 4 ayı ərzində 72 qanunsuz balıqovlama, 2 qanunsuz ov etmə cinayət kaftları aşkar edilib, bu sahədə 48 inzibati xəta faktı aşkar edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019