Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Keçirilən kampaniyalar dövlətimizə qarşı çevrilib” – Azər Badamov
Tarix: 14.05.2019 | Saat: 16:19:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 13-də Brüsseldə 3-4 nəfərlik qrup aksiya keçirməyə cəhd edib. Bir sıra ekspertlər 3-4 nəfərlik həmin qrupun aksiya cəhdini bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibəti kimi dəyərləndirib.

Bir sıra ekspertlər hesab edir ki, bu aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar.

“Keçirilən kampaniyalar ölkəmizə, dövlətimizə qarşı çevrilib. Reallaşdırılan kampaniyalar da ancaq qısqanclıq xarakterlidir. Ölkəmizin əleyhinə təşkil olunan bu kampaniyaları müəyyən qüvvələrin maraqlarına xidmət edən aksiya kimi də qiymətləndirmək olar”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Millət vəkili bildirib ki, Azərbaycanın nüfuzunun artmasını, eləcə də beynəlxalq səviyyədə uğurlar qazanmasını bəzi dairələr qəbul etmək istəmir: “Buna baxmayaraq, Azərbaycan inkişaf yolundadır. Beynəlxalq əlaqələrini möhkəmləndirir. Ölkəmiz Avropa İttifaqı ilə əməkdaşlığın yeni formasına keçib. Bütün bunlar anti-Azərbaycan qüvvələrinin qısqanclığına gətirib çıxarır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019