Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mark Eliyahun konsertinə giriş pulsuzdur
Tarix: 14.05.2019 | Saat: 17:10:00
Bölmə:Mədəniyyət | çapa göndər

Heydər Əliyev Sarayında may ayının 25-də dünyaca məşhur musiqiçi, kamança ifaçısı Mark Eliyahu konsert proqramı ilə çıxış edəcək.

Hafta.az-ın məlumatına görə, konsert “United Cultures” və “124 Studios”in təşkilatçılığı, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, “The Landmark” otel və biznes mərkəzi və “My Way Travel”in təşəbbüsü ilə reallaşacaq.

Mark Eliyahu musiqisi poetikliyi və zərifliyinə görə insanı dərhal valeh edir, bu musiqi insanları qorxutmadan özünü bütün orijinallığı ilə göstərir. Bu melodiyalar şübhəsiz ki, Şərq melodiyalarıdır, lakin Qərbə də qapısını bağlamır, əvəzinə gizli xəzinələrə yeni bir baxış açır. M.Eliyahu melodiyaları dərviş rəqsləri kimi insanı valeh edərək təəccübləndirir və dinləyicini əvvəllər heç eşitmədiyi müxtəlif kainatlara apara bilir. Məşhur musiqiçi 20 il öncə görkəmli kamança ustası Habil Əliyevin ifasına qulaq asır. Bundan təsirlənən Mark Eliyahu Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Onun ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən hədiyyədir. Bu günə qədər o, Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.

Bundan əlavə, məhz bu il, Mark Eliyahu xalqımızın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın “Ulduz sayaraq” şerinə bəstələdiyi və muğamların mahir ifaçısı, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycanın Əməkdar artisti Bəyimxanım Vəliyeva ifa etdiyi möhtəşəm “Do you remember (yadındamı)” mahnısı işıq üzü görüb.

Yuxarıda deyilənləri nəzərə alaraq sözügedən konsertin ölkəmiz üçün mədəni və tarixi dəyərlərini nəzərə alaraq həm Bakı, həm də regionlarda yaşayan əhalini cəlb etmək üçün iki məqsədyönlü kampaniyaya start verilib.

Təəssüf ki, Azərbaycanda keçirilən əksər böyük tədbirlər Bakıda keçirilir və regionlarda yaşan əhali bu cür mədəni çoxrənglilikdən kənar qalır. Bunu nəzərə alaraq “My Way” travel şirkəti “United Culture”, 124 Studios və Mark Eliyahu ilə əməkdaşlıq çərçivəsində Gəncə, Mingəçevir və Qubada yaşayan vətəndaşlarımızı ilin ən vacib konsertinə daha da yaxın edərək, qeyd edilən tarixdə Bakıya - Mark Eliyahunun konsertinə dəvət edir. Konsertdə rayonlardan iştirak etmək istəyənlər üçün təmənnasız təşkil olunacaq.

Eyni zamanda, metro istifadəçisi və “Bakı kart” sahibi olan şəxslər mayın 25-də Mark Eliyahunun Bakıdakı konsertinə 10 dəvətnamə qazanmaq şansı əldə edəcək. Bundan başqa, konsertdə bilet əldə edənlər, Mark Eliyahunun iyunun 25-də İstanbuldakı konsertinə səyahət şans əldə edəcəklər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019