Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət başçısının təyyarəsinə avtomobil çırpıldı - GÜNÜN TƏZADLARI
Tarix: 14.05.2019 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Dortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpıldı. Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, bu barədə Almaniyanın Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. "Hökumət təyyarəsi Dortmundda zərər çəkib. Yerüstü xidmətlərin nəqliyyat vasitəsi dayanacaqda olan "Global 5000" laynerinə çırpılıb", - deyə məlumatda bildirilir. Qeyd olunur ki, bu hadisə səbəbindən kansler təyyarəsini dəyişmək və Dortmunddan Almaniya Müdafiə Nazirliyinin təyyarəsi ilə uçmaq məcburiyyətində qalıb. Hadisə sürücünün avtomobili əl əyləcinə qoymadan tərk etməsi səbəbindən baş verib. Qəza zamanı Merkel təyyarənin salonunda olmayıb.


4 Ermənistan vətəndaşı Kəlbəcərdəki kilsədə zəhərləndi


Mayın 12-də yerli vaxtla saat 00:15-də Ermənistanın Martuni rayon polis şöbəsinə Razdan şəhərinin 4 sakininin kəskin bağırsaq zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilməsi haqda məlumat daxil oldu. Hafta.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytları polisin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat yayıb. Həmin 4 erməni mayın 11-də Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər kilsəsinin həyətində bişirib yedikləri toyuqdan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.


Hakim oyunu idarə edərkən öldü


Futzal üzrə Braziliya çempionatında xoşagəlməz hal yaşandı. Hafta.az-ın Musavat.com-a istinadla verdiy məlumata görə, “Sao-Karlos” və “Taubate” komandaları arasındakı oyun hakimin ölməsi səbəbindən davam etdirilməyib. Matçın referisi İsildo Fabiano Byançi da Silva görüşün gedişi zamanı özünü pis hiss edərək huşunu itirib. Öncə futbolçular, ardınca isə həkimlər 44 yaşlı ədalət təmsilçisinə yardım etməyə çalışıb. Bundan sonra o, xəstəxanaya aparılsa da, həyata qaytarmaq mümkün olmayıb.


Ağdamda qonşu qonşusunu maşınla vurdu və döydü


Ağdam rayonunda qonşu qonşunu atomobillə vurub və üstəlik, döydü. Hafta.az yazır ki, ONA-nın yerli bürosundan verilən xəbərə görə, hadisə rayonun Alıbəyli qəsəbəsində baş verib. Qəsəbə sakini Əzimov Məhəmməd Xəlil oğlu idarə ediyi “VAZ 21099” markalı 62 BE 203 dövlət nömrə nişanlı maşını ilə qonşusu Mehdiyev Mətləb Baba oğlunu vurub. Daha sonra avtomobildən düşərək M.Mehdiyevi döyüb. Xəsarət alan M.Mehdiyev yaxınları tərəfindən Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Döyülən şəxsin yaxınlarının ONA-ya verdiyi məlumata görə, davaya səbəb Əzimov Məhəmmədin Mətləb Mehdiyevə məxsus evin qarşısında əkdiyi ağac və gül kollarını heyvanlarına yedizdirməsi olub. Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


Mingəçevirdə qaynana daşla kürəkənini yaraladı


Mingəçevir rayonunda ailə münaqişəsi zəminində dava baş verdi. Hafta.az xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına görə, Sənaye Parkının yaxınlığında qeydə alınan hadisə zamanı 1967-ci il təvəllüdlü şəhər sakini Azər Zahid oğlu Zülfüqarov həyat yoldaşı ilə dava edib. Hadisədən sonra halı pisləşən ailənin xanımına tibbi yardım göstərilib. Kürəkəninə qəzəblənən qaynana Heydər Əliyev prospektində yerləşən evdən onun arxasınca küçəyə çıxaraq daşlamağa başlayıb. Qaynananın atdığı daşlardan biri A.Zülfüqarovun böyrək nahiyəsinə dəyərək onu yaralayıb. Dərhal xəstəxanaya aparılan kürəkənə müayinə olunduqdan sonra zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019