Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gecələri zülmət qaranlıq olan Əfəndiyev küçəsi
Tarix: 14.05.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Söhbət Bakı şəhəri Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsinin Oskar Əfəndiyev küçəsindən gedir. Adıçəkilən küçənin gecələr işıqları yanmır, ətraf qaranlığa qərq olur.

Sözügedən küçənin 12 və 20 saylı binalarının sakinləri “Həftə içi”nə şikayətləndilər ki, yaşadıqları binanın həyət və bağçası antisanitariya, natəmizlik içindədir. Həyəti süpürüb-təmizləyən yoxdur, ərazini isə alaq otları basıb.
Həmin ünvanda olduq. Hər tərəf məişət tullantıları ilə doludur. Binaların daxili yolları təmirsizdir. Küçədə tikinti materallarının tullantılarından tutmuş, plastik su butulkalarına kimi rast gəlmək olardı. 12 saylı binanın blokunun ağzında köhnə bir avtomobil qoyulub. Neçə ildir ki, şüşələri çilik-çilik olmuş, sökülüb-dağılmaqda olan avtomobilin qarşısında köhnədən kəsilmiş ağac budaqları yığılıb qalıb.

 

Avtomobil yerləşən tərəfdə blokun ağzındakı su kranı xarab olduğundan, içməli su bütün günü binanın həyətinə axır. Sakinlər dedilər ki, ərazilərinə Sabunçu rayon MKTB 81 saylı Mənzil Kommunal İstismar Sahəsi nəzarət edir. Sakinlər blokları özləri süpürürlər. Amma sözügedən MKİS-ə isə zibilpulu verilir. Onların sözlərinə görə, ərazini kim süpürüb-təmizləməlidir, binanın ətrafında abadlıq işləri hansı qurum tətəfindən aparılmalıdır, bilinmir. Sakinlər onu da söylədilər ki, Bakıxanov Bələdiyyəsinə vergipulu ödəyirlər. Bunun müqabilində isə adıçəkilən qurumun fəaliyyəti yoxdur. Bu barədə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərinə baxan olmayıb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019