Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BSTA-nın Prezidenti DOST Agentliyində
Tarix: 14.05.2019 | Saat: 22:49:00
Bölmə:Sosial | çapa göndər

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Assosiasiyanın Prezidenti Yoakim Bröyer, BSTA-nın xəzinədarı, Rusiya Pensiya Fondu İdarə heyətinin sədr müavini Nikolay Kozlov və Almaniya Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) beynəlxalq sosial siyasət üzrə baş eksperti Karolin Könih Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyində və ilk DOST mərkəzində olublar.

Hafta.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyası, DOST layihəsinin dövlət sosial xidmətlər sektoruna gətirəcəyi innovativ yeniliklər barədə qonaqlara məlumat verib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə reallaşdırılan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, bu xidmətlərdə şəffaflığın artırılmasına, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət edir.

S.Babayev 2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin yaradılacağını, bu mərkəzlərin 2,8 milyon şəxsə "bir pəncərə" prinsipi ilə 126 növdə xidmət göstərəcəyini deyib. O, “DOST” mərkəzlərində xidmət göstərilməsi qaydaları, işçi kontingenti, “GƏNC DOST” könüllülər proqramı və s. barədə də məlumat verib.

Y.Bröyer DOST Agentliyində və ilk “DOST” mərkəzi ilə bağlı müsbət təəssüratlara malik olduğunu, Azərbaycanın DOST layihəsinin uğurlu bir yenilik, təkmil bir təcrübə olduğunu vurğulayıb. O, BSTA-nın belə səmərəli və inkişafyönümlü layihələri dəstəklədiyini, bu kimi uğurlu praktikaların təbliğində maraqlı olduğunu qeyd edib.

Daha sonra DOST Agentliyində keçirilən görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı və əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar barədə qonaqlara məlumat verilib. S.Babayev sosial təminat sahəsində aparılan islahatlar kontekstində BSTA ilə əməkdaşlığa xüsusi önəm verildiyini deyib. O, istehsalatla əlaqəli bədbəxt hadisələrin qarşısının alınması və əlilliyi olan şəxslərə göstərilən reabilitasiya (o cümlədən, sosial reabilitasiya) xidmətlərinin təkmilləşdirilməsi sahəsində Almaniya təcrübəsindən faydalanma imkanının yaradılmasında Y.Bröyer tərəfindən göstərilən dəstəyin əhəmiyyətini vurğulayıb.

Y.Bröyer nazirliyin BSTA ilə fəal əməkdaşlığından və BSTA-nın Avropa Regional Sosial Təminat Forumunun ölkəmizdə yüksək səviyyədə təşkil edilməsindən məmnun olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində aparılan geniş miqyaslı islahatlarla bağlı müsbət fikirlərini bölüşüb.

Görüşdə praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi məsələləri müzakirə olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019