Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Deputatlar Parisdə səfərdədirlər
Tarix: 15.05.2019 | Saat: 10:56:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov və deputat Cavanşir Feyziyev “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün mayın 14-dən Fransanın paytaxtı Parisdə səfərdədirlər.

Hafta.az-ın məlumatına görə, bir çox dünya ölkələrinin nüfuzlu dövlət xadimlərinin, alimlərin, tarixçi və türkoloqların qatılacağı tədbir Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən UNESCO-nun mənzil qərargahında keçiriləcək.

Forumun əsas məqsədi türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.

Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 iliyi beynəlxalq səviyyədə qeyd olunacaqdır.

Səfər mayın 19-da başa çatacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019