Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gəncədə şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib
Tarix: 15.05.2019 | Saat: 11:10:00
Bölmə:Bölgə Sosial | çapa göndər

Gəncə şəhəri "İmamzadə ziyarətgah" kompleksində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

Hafta.az-ın məlumatına görə, tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, "İmamzadə ziyarətgah" kompleksinin imamı Etibar Məmmədov, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və bölgənin din xadimləri iştirak ediblər.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Ramazan ayının dini, mənəvi və sosial mahiyyətindən danışan R.Qurbanov qeyd edib ki, bu mübarək ay Allah qarşısında sədaqət və bəndəlik, insanlar arasında birlik, bərabərlik və həmrəyliyi tərənnüm edir.

İştirakçıları sevgi və mərhəmət dolu Ramazan ayı münasibətilə təbrik edən "İmamzadə ziyarətgah" kompleksinin imamı Etibar Məmmədov diqqətə çatdırıb ki, oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir.

İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019