Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan dövləti özəl sektorun inkişafını siyasətin əsas istiqamətlərindən biri hesab edir - Əli Əhmədov
Tarix: 15.05.2019 | Saat: 10:43:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan dövləti özəl sektorun inkişafını özünün siyasətinin əsas istiqamətlərindən biri hesab edir.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda son illərdə kiçik və özəl sahibkarlıq əhəmiyyətli dərəcədə inkişaf edib: “Azərbaycan hökuməti özəl sektorun inkişafına üçün böyük dəstək göstərir. Özəl sahibkarlığa maliyyə dəstəyinin göstərilməsi, güzəştli kreditlərin verilməsini təmin edir və onların sərbəst fəaliyyəti üçün digər lazımi tədbirlər həyata keçirir. Azərbaycan, eyni zamanda özəl sektorun ixrac potensialının artırılması üçün imkanlar axtarır və bu istiqamətdə bir sıra naliyyətlər əldə edilib”.

Baş nazirin müavini vurğulayıb ki, özəl sektor Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verir və ümumi daxili məhsulun formalaşmasında rol oynayır: “Azərbaycan hökuməti bundan sonra da özəl sektorun inkişafına lazımi dəstək göstərəcək”.

"Dünyada bir tərəfdə inkişaf gedir, digər tərəfdə isə kasıblıq müşahidə olunur. İnsanlar yoxsulluqdan əziyyət çəkirlər. Qeyri-bərabərliyin aradan qaldırılması əsas məqsədlərdəndir" deyən Baş nazirinin müavininin sözlərinə görə, xalqlar, dövlətlər arasında qeyri-bərabərliyin olması gərginliyə gətirib çıxarır: "Çalışırıq ki, insanların yaşam tərzi müasir çağırışlara uyğun olsun. Azərbaycan dayanıqlı inkişafla bağlı proqramı layiqincə yerinə yetirir. Ölkəmiz dünyada inkişaf etmiş dövlət kimi tanınır. Azərbaycanda bütün sahələrdə inkişaf gedir. Ölkəmiz yüksək-orta inkişaf səviyyəsinə çatmış dövlət kimi qəbul olunur. İnkişafın təmin edilməsi baxımından hədəflər ölkəmiz üçün də önəmlidir".

Ə.Əhmədov qeyd edib ki, insanların işlə təmin olunması dövlətlə yanaşı, özəl sektorun da öhdəsinə düşür: "Azərbaycanda özəl sektorun inkişafı üçün bütün şərtlər təmin edilib. İxrac potensialının artırılması üçün imkanları axtarılır. Azərbaycanda iqtisadiyyatın 80 faizi özəl sahədən ibarətdir. Çalışmalıyıq ki, özəl sektor şəffaf fəaliyyət göstərsin, insanların sosial müdafiəsi təmin edilsin".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019