Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Onların işi xalqına xəyanət etməkdən ibarətdir” – Eldəniz Səlimov
Tarix: 15.05.2019 | Saat: 11:06:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 13-də Brüsseldə 3-4 nəfərlik qrup aksiya keçirməyə cəhd edib. Bir sıra ekspertlər 3-4 nəfərlik həmin qrupun aksiya cəhdini bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibəti kimi dəyərləndirib.

Millət vəkili Eldəniz Səlimov hafta.az-a açıqlamasında deyib ki, Brüsseldə olan həmin qüvvələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşılanma mərasiminə baxsınlar və anti milli qüvvələr gördükləri işlərdən utansınlar: “Avropada yaşayan, dövlətini, xalqını, prezidentini sevən qüvvələr ölkə başçısını qarşılama və dəstək aksiyası keçirilib. Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Azərbaycanın regiondakı rolunu Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirdiyini vurğulayaraq Azərbaycanı "Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş” adlandırıb. Avropa ölkələri dövlətimizi sərbəst siyasət yürüdən bir ölkə kimi tanıyırlar. Ölkəmizdəki sabitlik, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması bir sıra beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə şərait yaradır. Azərbaycana gələn qonaqların sayı artır.Turizm inkişaf edir. İnsanların güzaranı yaxşılaşır. Bu cür səfərlər ölkəmiz arasında iqtisadi əmkədaşlığı daha da artırır.Nəticədə hər iki ölkə inkişaf edir. Anti-Azərbaycan qüvvələrinin aksiyası əhəmiyyətsiz bir hadisədir. Getdikcə onların sayı azalaraq heçə enəcək”.

Millət vəkilinin fikrincə bu cür anti-Azərbaycan qüvvələrinin sayının azlığına baxmayaraq onlar bizi istəməyən qüvvələr tərəfindən maliyyəşdirilir: “Onların da işi xalqına xəyanət etməkdən ibarətdir. Ölkəmizdə keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbir olanda bu qüvvələr fəallaşırlar. Nə istədiklərini özləridə bilmir. Onlar tapşırıq yerinə yetirir. Belə qüvvələrin dövlətimizə nə gücü, nədə təsiri var. Onlar təsir imkanları sıfıra bərabər olan kiçik ünsürlərdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019