Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeraltı keçidlərdə yenidən popkorn satılır – FOTO
Tarix: 15.05.2019 | Saat: 12:01:00
Bölmə:Gündəm | çapa göndər

Millət vəkili Rasim Musabəyovun ölkə gündəminə səs salan Bakının mərkəzindəki yeraltı keçidlərdə “yağ qoxulu popkorn” satışı bərpa edilib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Dənizkənarı bulvar, Azneft dairəsi və Kukla teatrı ilə üzbəüz yeraltı keçidlərdə popkorn satışına qoyulmuş qadağa aradan qalxıb. Hətta hazırda yeraltı keçidlərdə bir yox, bir neçə nöqtədə popkorn satılır.

Satıcılar bildirdilər ki, millət vəkilinin məlum statusundan sonra qadağa cəmi 2 gün çəkib. Sonra icazə verilib və popkorn aparatları əvvəlki yerlərində quraşdırılıb.

Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Rasim Musabəyov “yeraltı keçidlərdə ətrafa yağ qoxusu yayan” popkorn aparatlarının oradan götürülməsi ilə bağlı sərt status yazmışdı. Bundan sonra Azneft dairəsindəki yeraltı keçiddə 16 yaşlı uşağa popkorn satmağa icazə verilməmişdi. İşdən atılmışdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019