Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yazıçılar Birliyi "Hot Room Clup" gecə klubundakı görüntülərlə bağlı araşdırma aparır - Açıqlama
Tarix: 15.05.2019 | Saat: 12:10:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb. Əvvəllər "26" adı ilə fəaliyyət göstərən "Hot Room Clup" da  açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar nümayiş etdirilib. Sözügedən kafedə çəkilən video da xeyli müzakirələr səbəb olub.

Hafta.az–a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza dedi ki, həmin kafe icarəyə verilib: “AYB həmin kafeni icarəyə verib. Əgər belə ciddi etik normalara riayət olunmayan hərəkətlər olacaqsa, yəqin AYB həmin icarə müaviləsini dayandıracaqdır. Məlumatımız var, belə halın olub-olmaması haqqında araşdrıma aparılır”.

Qalmaqallı vodeo çəkilən həmin kafe sahibləri də əlaqə saxladıq. Belə halın baş vermədiyini bildirdilər: “Bakıda əksər kafelərdə olan bir şeydir. Bizdə olmayıb, olubsa da burda nə var ki? Bunu niyə araşdırırlar ki? Biz noyabrda kafeni bağlayacağıq”.

Xatırladaq ki, bir müddət əvvəl Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” - “Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019