Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Dövlət və özəl sektor arasında birgə təşəbbüsləri dəstəkləyəcəyik" - Alessandro Frakassetti
Tarix: 15.05.2019 | Saat: 11:10:00
Bölmə:Gündəm | çapa göndər

"Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməklə dünya iqtisadiyyatının 4 əsas sektoru - ərzaq və kənd təsərrüfatı, şəhərlər və şəhərsalma, enerji sektoru, səhiyyə və sağlamlıq sektorları biznes üçün əhəmiyyətli bazar imkanları açır".

Hafta.az yazır ki, bunu Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqunda BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahətlərini icra edən Alessandro Frakassetti bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahələrin hər biri cəmiyyətin həssas təbəqələrinin həyatını dəyişmək və böyük, həm kiçik və orta müəssisələrin gəlirlərini genişləndirmək imkanlarını artırmaq, ictimai təsir yaratmaq üçün böyük potensiala malikdir. Qlobal səviyyədə bu 4 sahə dünya iqtisadiyyatınını 60 faizini təşkil edir.

A.Frakassetti hökumətin dayanıqlı inkişaf məqsədlərini həyata keçirilməsi öhdəliyini özəl sektorun potensialı, innovasiya, kapitala yönəlmiş fəaliyyətləri ilə birləşdirilərək ikisinin arasında körpü yaradılmasının vacibliyini vurğulayıb.

BMT-nin İnkişaf Proqramı bu sahədə dövlət və özəl sektor arasında birgə təşəbbüsləri dəstəkləməyə davam edəcək: “Bu da Azərbaycanda inklüziv inkişaf, bərpa olunan enerji, dövlət xidmətləri sektorunun təkmilləşdirilməsi, gənclər və gender kimi mühüm sahələrində inkişafın sürətləndirilməsinə kömək edəcək".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019