Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ölkə əsl alim üzünə həsrət qalıb" - Ekspertlər
Tarix: 15.05.2019 | Saat: 12:47:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı artıq 99 ildir ki, həyata keçirilməkdədir.

Bu sözləri hafta.az - a təhsil eksperti Kamran Əsədov azərbaycanlı intelektli gənclərin, xaricə kütləvi “beyin axın”larının olmasına münasibət bildirirərkən dedi.

Eksperd deyir ki, xaricə getmək çox da narahatlıq yaratmamalıdır, ancaq ölkə üçün əhəmiyyətli alimlər, elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir:

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə, və ya öz vəsaitləri hesabınaş dövlət proqramı çərçivəsində 2007-2015-ci iləər ərzində 3500 dən çox azərbaycanlı gənc xarici ğlkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərins atı ilə 40-minə yaxındır. Bu il də gedənlərin sayə əvvəlki ilərdən azalmadı. Minə yaxın azərbaycanlı gənc xarici ölkələrə üz tutub. Hesab edirəm ki, bu gələcəkdə ölkəmizə rəqabətə davamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3500-dən gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub. Məlumat üçün bildirim ki, 1 aprel 2017-ci il tarixinə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Bu tələbələrin sayı ümumilikdə 134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil alıb. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1 faiz), Almaniya (12,4 faiz), Kanadanın (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə isə 2008-2017-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 190 451,3 min manat, o cümlədən 2017-cı ilin yanvar-mart ayları üzrə 2 015,3 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (773,5 min manat), təhsil haqqı (1 108,0 min manat), yol (73,5 min manat), sığorta (59,3 min manat), digər (0,2 min manat), viza və qeydiyyat (0,8 min manat) xərclərinin ödənilməsinə yönəldilib. Hesab edirəm ki, xaricdə təhsilə marağın artması abituriyentlərin ali məktəbə qəbul göstəricisi və müəllimlərin imtahan nəticələrindən daha çox bu məsələnin ölkədə təbliğilə əlaqədardır. Xaricdə təhsil almaq həm də yeni ölkələr görmək, xarici ölkə müəllimlərinin iş prosesilə tanış olmaq istəyilə bağlıdır. Yerli ali məktəblərdə təmənnalılıq, müəllimlərin amiranəliyi, tələbələri incitmələri yaxın dövrlərə qədər ciddi problem idi. Düzdür, son dövrlərə bu hallara qarşı müəyyən addımlar atılır. Lakin bu problemlər də gəncləri xaricə yönləndirən səbəblər sırasındadır. Xaricdə isə hər hansı problemlə bağlı tələbə müəllimə 10 dəfə müraciət edirsə, o yenə də suallara xoş rəftarla cavab verir. İnsani münasibətlərdəki mədəniyyət, tələbəyə, gələcək kadıra ehtiram hissi bizimkilərin xarici ölkəyə maraq göstərmə istəyini alovlandırır. Həmçinin xarici ali məktəbi bitirənlərin dünyada məşhur şirkətlərdə iş imkanları da yüksək olur. Bütün bu imkanlarla yanaşı, xaricdə təhsil dünyaya çıxışın bir yoludur. Buna görə də 700 bal toplayanlar, imkanı olanlar övladlarının xaricdə təhsil almasını istəyir. Tarix boyu gənclərin xaricdə oxumaq həvəsi olub. Onlar daha yaxşı təhsil, yaxşı imkanlar üçün xaricə gedirlər. Bu məsələdə ən təhlükəli məqam ölkədən beyin axınının başlamasıdır. Ötən əsrin 90-cı illərində Rusiyada bu proses başlamışdı. Az qala ölkədə alim qalmamışdı, hamısı xarici ölkələrə üz tutmuşdu. Prosesin qarşısını almaq üçün maaşların artırılmasını çıxış yolu kimi gördülər. Bu mənada təhsil sahəsində çalışanların maaşlarının artmasına diqqət ayrılmalıdır.

Təhsil eksperti Etibar Əliyev isə mövzuya fərqli yanaşır. O, hesab edir ki, "beyin axını" kiçik ölkələri pis vəziyyətə salıb, Azərbaycanı xeyli sayda elm adamlarımız tərk edib:

“Ölkə əsl alim üzünə həsrət qalıb. Onların kənarda uğurlarını görəndə istər-istəməz beynimizdən belə bir sual keçir: Onlar burda olsaydılar daha yaxşı olmazdımı? Təbiət elmlərinin tanınmış alimlərinin yeri daha çox görünür. Yeni nəsil fizik, riyaziyyatçı, kimyaçı, İKT mütəxəssisləri yetişdirmək olduqca vacibdir. İnsan kapitalından danışırıq: Bu paradiqmanın tutumunu humanitar elmlər təşkil etmir. Ölkəni tərk edən tanınmış fizik və riyaziyyatçılar elə bil ki, nədənsə küsüblər. Onlar ildə bir neçə dəfə gəlib universitetlərimizdə kurslar aparsalar, tələbələrlə görüşsələr, çox faydalı ola bilər. Ancaq onların belə fəaliyyətini görmürük. Bəlkə özlərinə sığışdırmırlar bunu! Elm adamı umu -küsünü unutmalıdır. Əməkhaqqı və universitetlərdəki mühit bəhanə gətirilə bilər. Burda tələbənin və şagirdin heç bir günahı yoxdur. ABŞ, Çin, Hindistan kimi ölkələrə beyin axınının təsiri hiss olunmur. Ancaq bizdə artıq bu aclıq forması kimi özünü biruzə verir”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019