Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Onlarla professor, alim yetirən orta məktəb qəzalı vəziyyətdə - “Təhsil Nazirliyi hara baxır?”
Tarix: 15.05.2019 | Saat: 12:54:00
Bölmə:Bölgə Sosial | çapa göndər

Onlarla professor, alim, elmlər namizədi yetirən Salyan Rayonu T.Şirinov adına 2 saylı Yuxarı Xalac kənd orta məktəbi xeyli müddətdir ki, qəzalı vəziyyətdədir. Məktəbin dam örtüyü bərbad vəziyyətə düşüb. Sinif otaqlarının əsaslı təmirə ehtiyacı var.

Bu barədə hafta.az-a adıçəkilən kəndin sakinləri məlumat veriblər. Sakinlər bildirir ki, ötən əsrin 60-70-ci illərində tikilən məktəb istifadəyə verildiyi müddətdən bəri əsaslı təmir olunmayıb. Sakinlərin bildirdiyinə görə öz maddi imkanları əsasında vaxtilə ara-sıra qismən təmir olunan məktəbdə hazırda dərs keçmək şagirdlərin təhlükəsizliyi baxımından mümkün deyil. Çünki yarım əsrlik məktəbin dam örtüyü tamamilə yararsız vəziyyətdədir. Divarlarında çatlar əmələ gəlib və hazırda yardımçı təmir vasitələrinin hesabına ayaq üstə dayana bilir.

Bundan başqa ölkənin bir çox ümumtəhsil müəsisəsinin qazlaşdırıldığı halda, 2 saylı Yuxarı Xalac tam orta məktəbi mavi yanacaq üzünə həsrətdir. Üstəlik, qış aylarında sinif otaqlarını isitmək üçün kustar üsulla hazırlanmış odun sobalarından istifadə edilir.

Eləcə də məktəbdə valideyn iclaslarının keçirilməsi üçün məkan demək olar ki, yox vəziyyətindədir. Sakinlərin iddialarına və göndərdikləri fotolara əsasən bildirirlər ki, iclaslar döşəməsiz, istilik sistemi olmayan qapalı məkanda keçirilir. Məktəbin bayır pəncrələri olmadığından kartonlar vurulub.

Sinif otaqları da lazımı invertar vəsaitlər baxımından əziyyət çəkir. Yüzlərlə şagirdin təhsil aldığı Yuxarı Xalac 2 saylı kənd orta məktəbinə hər səhər övladlarını yola salan valideynlər Təhsil Nazirliyindən təhsil ocağının yeni dərs ilinə qədər təmir olunmasını xahiş edirlər.

Redaksiyamıza ünvanlanan məktubda qeyd olunur ki, 2004-2005-ci illərdə - parlament seçkiləri ərəfəsində millət vəkilliyinə namizəd Fəzail Ağamalı seçicilərlə görüşərkən məktəbin təmiri üçün əlindən gələni edəcəyini söz verib. Hətta qısa müddət sonra məktəbə 40 ədəd şifer – dam örtüyü də hədiyyə göndərib. Amma məktəbin əsaslı təmiri o vaxtdan bəri həllini tapmayıb.

Sakinlər bildirirlər ki, onlarla elm xadiminin yetişdiyi və Salyan rayonunda adlı-sanlı təhsil müəssisələrindən olan məktəbin pəncərələri və qapıları artıq yararsız vəziyyətdədir. Payız-qış mövsümündə burada dərs keçmək olduqca müşkülə çevrilir: “Qışda bayırın soyuğu elə təsəvvür edin ki, içəridədir. Uşaqlarımız tez-tez xəstələnir. Hara baxır Təhsil Nazirliyi? Neçə onillikdir ki, bizim məktəbin təmirə ehtiyacı var. Bu məktəbdə gələcəyin anaları, ataları, əsgərləri böyüyür. Xahiş edirik, aidiyyatı qurumlar səsimizi eşitsin”.

Ümid edirik ki, aidiyyatı qurumlar, eləcə də Təhsil Nazirliyi məsələni diqqətdə saxlayacaqlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019