Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib
Tarix: 15.05.2019 | Saat: 15:34:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox “AK-74M Kalaşnikov” avtomatı istehsal edilib.

Bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən “MILEX 2019” beynəlxalq silah sərgisində deyib.

Onun sözlərinə görə, ölkədə "Kalaşnikov" avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: “Ümumilikdə 120 minədək “AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara “Xəzri” adlı verilib.

Xatırladaq ki, Minskdə “MILEX 2019” beynəlxalq silah sərgisi mayın 15-dən 18-dək davam edəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.05.2019
20.05.2019