Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Okeanın ən dərin yerindən konfet kağızı tapdı - GÜNÜN TƏZADLARI
Tarix: 15.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Amerikalı tədqiqatçı Viktor Veskovo dünya okeanının ən dərin yeri olan Marian çökəkliyinin dibinə enməklə sözügedən dərinliyə tək dalma üzrə rekord müəyyən etdi. Hafta.az xəbər verir ki, bu haqda "Report" məlumat yayıb. O, son üç həftə ərzində "Five Deeps" ekspedisiyası çərçivəsində Marian çökəkliyinə üç dəfə düşüb. "Veskovo DSV Limiting Factor" sualtı qayığı 3,5-4 saat ərzində 10 927 metr dərinliyə enib. Onun sözlərinə görə, dünya okeanının dibi soyuq və sakitdir. Enmə zamanı tədqiqatçı xərçəngkimilərin dörd növünü kəşf edib. Veskovo, həmçinin, dünyan okeanının çirklənməsinin şahidi olub. O, Marian çökəkliyinin dibindən plastik paket və konfet kağızı tapıb.


Bakıda meymun onunla şəkil çəkdirmək istəyən oğlanı dişlədi


Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişlədi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, Hadisə Nizami küçəsində baş verib. 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb. Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.


Şamaxıda qadın ev təmizləyərkən zəhərlənib öldü


Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat etdi. Hafta.az yazır ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb. İlkin araşdırma zamanı müəyyən edilib ki, S. Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib. Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib. S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.


Trampın kortejində qəza oldu


ABŞ prezidenti Donald Trampın kortejində olan üç motosikletçi yol qəzası nəticəsində zərər çəkdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Bloomberg"in Trampı müşayiət edən jurnalist qrupundakı təmsilçisi Cennifer Ceykobs yazıb. O bildirib ki, qəza nəticəsində Ağ Ev rəhbərinin maşını zərər çəkməyib. "Biri ot basmış xəndəkdə oturub, biri qanaxma ilə yolun kənarında uzanıb. Üçüncü ayaq üstdədir, onun əlindən qan axır", -deyə jurnalist yaralılar haqqında yazıb. Qəza ABŞ prezidentinin səfər etdiyi Luiziana ştatında baş verib.


Zəlzələdən sonra zəhərli su axdı


Türkiyənin Dənizli bölgəsində zəlzələdən sonra yaranan yarıqlardan axan zəhərli su insanları təşvişə saldı. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, zəhərli su Pamukkale rayonunun Pinarkənd məhəlləsində yerləşən fabriklərin olduğu beş ayrı bölgədən axmağa başlayıb. İddiaya görə, tekstil fabrikinin bağçasında 5,5 bal gücündəki zəlzədən sonra yarıqlar meydana gəlib və oradan zəhərli su axır. Tünd rəngli suyun kəskin qoxusu insanları narahat etməyə başlayıb. Əhali suyun haradan gəldiyini bilmir. Kənd sakinlərindən biri "Su 2 aydır bu formada axır. Bir çox yerə müraciət etmişik. Ancaq kimsə bu vəziyyətlə gəlib maraqlanmır. Çarəsiz qalmışıq, nə edəcəyimizi bilmirik. Suyun axdığı yerin ətrafındakı bağçalar quruyub. Hər kəs qoxudan narahat olur"-deyə kömək istəyib.


Uşaq “Hörümçək adam” geyimində 8-ci mərtəbədən atıldı


Tbilisidə 4 yaşlı uşaq “Hörümçək adam” geyimində özünü 8-ci mərtəbədən yerə atdı və sağ qaldı. Hafta.az yazır ki, ONA-nın verdiyi xəbərə görə, bu barədə "Qruziya online" portalı məlumat yayıb. Bildirilir ki, uşaq evdə nənəsi ilə birgə olub. Qadın uşağın otaqda oynadığını düşünsə də, bir qədər sonra qonşular hadisə barədə xəbəri çatdırıb. Hadisə şahidlərinin sözlərinə görə, uşaq bu yolla sevimli qəhrəmanını təkrarlamaq istəyib. O, ağır travma ilə xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlının vəziyyətini kafi hesab edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019