Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tələbələr Elmlər Akademiyası şəhərciyi yerləşən parkı voleybol meydançasına çeviriblər
Tarix: 16.05.2019 | Saat: 11:20:00
Bölmə:Sosial | çapa göndər

Yaşıllıq sağlamlq, həm də gözəllikdir. Dövlətimiz paytaxtın abadlaşdırılması və gözəl görünməsi üçün əlindən gələni edir. Həqiqətən də doğma Bakımız gün-gündən abadlaşır və salınan parklar isə şəhərimizə bir tərəfdən gözəllik verisə, digər tərəfdən, sakinlərin istirahət guşəsinə çevrilir.

Belə möhtəşəm parklardan biri də paytaxtın ən gözəl və görkəmli yerlərindən biri olan Hüseyn Cavid prospektində yerləşən Akademiya şəhərciyidir. Şəhərciyin böyük ərazisini yaşıl park əhatə edir. Xatırladaq ki, təxminən, 2-3 il bundan öncə akademiyanın binaları ilə yanaşı, şəhərciyi əhatə edən parkda da müasir tələblər səviyyəsində abadlıq və quruculuq işləri aparıldı. “Yaşıl ada”nı xatırladan şəhərciyin açılışında ölkə prezidenti İlham Əliyev şəxsən özü gəlib iştirak etmişdir. Adıçəkilən parkda şəhər sakinləri ilə yanaşı, akademiyanın işçiləri və xarici qonaqlar da gəlib istirahət edirlər. Park həm də şəhərin görkəminə xüsusi gözəllik verir. Artıq parkda əsər-əlamət qalmayıb. Nəzarət olmadığından, Texniki Universitetin və ətrafda yerləşən ali təhsil müəssisələrinin bir qrup tələbəsi hər gün parka gələrək, yaşıl qazon olan sahədə valeybol oynayır. Bir sözlə, ali təhsil alan gənclərimiz yaşıllıq zolaqlarını voleybol meydançasına çeviriblər.

Yaşıl qazon tapdalandığından məhv olub. Gələcəyin kadrları olan bu gənc tələbələr arada fasilə verərək, yaşıl otun üzərində oturub yeyib-içdikdən sonra, su şüşələrini, kağız, sellofan torbaları əraziyə atırdılar. Bu da parkda natəmizlik əmələ gətirir. Eyni zamanda, parka gəlib dincələn sakinləri narahat edirdi.
Teymur adlı bir gənc dedi ki, Bakı Dövlət Texniki Universitetinin tələbəsidir. Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin həyətində futbol, voleybol meydançaları var: “Amma təhsil aldığımız Texniki Universitetdə idman meydançası yoxdur. Parkda voleybol oynayan gənclərin əksəriyyəti bizim məktəbin tələbəsidir. Dərsdən sonra gəlib burada voleybol oynayırıq».
Yaddan çıxarmayaq ki, Bakı şəhərində bir parkın və yaşıllığın salınması üçün nə qədər vəsait xərclənir. İnsanların gərgin əməyi, ağır zəhməti nəticəsində ərsəyə gəlir. Parkın özü də bir mədəniyyətdir. Gəlin, istirahət guşələrində elə hərəkət edən, elə davranın ki, ətrafımızdakı insanlara, həmçinin istirahət etdiyimiz parklara bir zərər gəlməsin.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019