Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Üç kitabla oxucular ilə bu şəhərdə üz-üzə gələn şair REPORTAJ+FOTOLAR
Tarix: 16.05.2019 | Saat: 11:10:00
Bölmə:Reportaj | çapa göndər

Son vaxtlar insan izdihamını Damlanın konsertində görmüşdük. Səhvimi düzədim: mətbuatdan izləmişdik...

Lakin bu dəfə fərqli oldu. Ölkənin məşhur şairinin başına yığışdılar.

Başqa şəhərimiz olmadığı üçün, yenə bu şəhərdə üz-üzə gəlib xeyli şeirdən danışıldı, gənc qızların güllə kimi yağan xoş sözlərinin sədası altında imza mərasimi baş tutdu.

Dünən Ramiz Rövşənin üç kitabının imza günü “Libraff” kitab mağazısında oldu. İlk girişdə şair Əjdər Olu gördüm. Salamlaşdıq, daha sonra hara getdisə bir də gözümə dəymədi. Media nümayəndələrinin iştirakı ilə baş tutan bu imza gününə bir xeyli insanlar toplaşmışdı. Ancaq diqqətən yayınmayan məqam isə bura yığışanların 90 faizi elə universitet qızları – yəni elə ərgən qızlar təşkil edirdi. Elə bildim bir partiya da oğlanlar olacaq. Ancaq məclisin sona qədər görülən o oldu ki, üç-dörd gənc oğlanlar vardır ki, onlar da elə sevgililərinin dalıyca gəliblər…Vəssəlam..

Çox gözəl hissdir, bu qədər xanım oxucun ola. Ramiz Rövşən də sevincindən az qala bu sözləri dilə gətirə, amma gətirmədi.

Şair məclisə daxil olanda xanımların qışqırtısı kitab evini lərzəyə gətirdi. Adəti üzrə Ramiz bəy də qoltuğa oturub, ilk elə kitablarından söz açdı.

İlk dəfə idi ki, görürdüm media mənsublarına son dərəcə belə qayğı, sayqı olsun. Jurnalistlər üçün ayrıca yer hazırlanmışdı və şairin kitablarından da hədiyyə olunmuşdu.

İmza gününə təşrif buyuranlar arasında tanınmış simaları görmək olardı.

Hər zaman gözümüz alışdığı üçlük yenə burda idi. Tanınmış alim Rafiq Əliyev, professor Qulu Məhərrəmli, Fazil Mustafa və s.

Şairin üç kitabından biri sevgi, ikisi uşaqlar üçün nəzərdə tutulduğundan balaca oxucular da imzalı kitablarını imzalatdırmağı gözləyənlər arasında idilər…

Və Ramiz Rövşən oxucularına çatdırmaq istədiyi informasiyadan sonra zala müraciət edir ki, kimin sualı var…

Bir xanım mikrafonu alıb şairə elə sual verir ki, şair özünü itirir…

- Bu qədər sevgi şeirləri yazırsız, o hansı bəxtəvərə itaət olunur?

Şair gülür və qızarır… Deyirki, o bəxtəvər mənim evimdədir.

Zalda şəkil çəkən qızlar bu suala, bu cavaba gözəl naz-qəmzə ilə gülüş səpirlər.

Şair bir çox sualları cavablandırırarkən bir xanım oxucu da deyir ki, olarmı sizin ayrılıq şeiriniz sizinlə birlikdə oxuyaq…

Şair də deyir ki, qızım ayrılıq şeirini bir oxusaq o ayrılıq şeiri olmaz…

Qız isə məyus olub yerini alır. Beləliliklə imza mərasimi başlayır. Sıx növbələr yaranır.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019