Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bakıya gedəcək ingilis pərəstişkarların qarşısını heç kim kəsə bilməz” – London Enerji Klubunun sədri
Tarix: 16.05.2019 | Saat: 11:22:00
Bölmə:Gündəm | çapa göndər

Bildiyimiz kimi, Avropa Liqasının final oyunu may ayının 29-da Bakıda keçiriləcək. Bu, Azərbaycan dövlətinin idman, eləcə də siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurların bəhərsi olmaqla yanaşı, həm də ölkəmizdə hökm sürən sabitliyin, yaradılan ciddi təhlükəsizliyin nəticəsidir.

Final oyunlarının keçiriləcəyi paytaxt Bakı şəhəri dünyanın ən gözəl, güclü sosial infrastruktura malik turizm məkanlarından birinə çevrilib. Elə isə Böyük Britanıya XİN-i hansı əsaslarla ölkə vətəndaşlarına final oyunlarını izləmək üçün Azərbaycana səfər etməməyi məsləhət görüb? Britaniya hökumətinə görə, guya Bakıda hansısa terror aktı törədilə bilər və bu ingilislərə təhlükə törədər. Maraqlıdır, Azərbaycan müstəqilliyinə qovuşduğu ilk vaxtlardan Böyük Britanıyanın Bakıda səfirliyi fəaliyyət göstərir, dünyada ən iri neft şirkətlərindən olan “bp” son 25 ildir Azərbaycanda ofisini quraraq neft hasil etməkdədir. Başqa onlarla ingilis şirkəti də əməkdaşları ilə birlikdə Azərbaycanda iş qurmaqdadır. Bu uzun illər ərzində hansı terror aktı baş verdi ki, rəsmi London bundan narahatdır? Britaniyanın Azərbaycandakı səfirliyi hansı təhlükəli halın yaşandığını və ya planlaşdırıldığını görüb, eşidib ki, hökumətlərində məlum münasibətin formalaşmasına əsas verib? Bəlkə bu illər ərzində ölkəmizə gələn hansısa Britanıya vətəndaşı olan turist və ya iş adamı ilə xoşagəlməz rəftar edilib? Bütün bunlar qalsın Böyük Britaniya hökumətinin və Azərbaycandakı səfirliyinin insafına.

Qlobal Ehtiyyatlar Təşkilatının icraçı direktoru, London Enerji Klubunun sədri və eyni zamanda, Asiya İnkişaf Bankının strateji məsləhətçisi Mehmet Öğütcü Britaniya hökumətinin məlum çağırışının hansısa ingilis futbol fanatın və ya ümumiyyətlə turistin Azərbaycana gəlib-gəlməmək qərarına təsir göstərməyəcəyi qənaətindədir. “Avropa Liqasının final yarışlarını izləmək üçün Bakıya gedəcək ingilis pərəstişkarların qarşısını heç kim kəsə bilməz. Bilirəm ki, oyunları izləmək üçün Bakıya getmək istəyən britaniyalıların sayı hədsiz çoxdur. Onlar konkret komandanın fanatlarıdır, hətta olsa belə, heç bir həyati təhlükə onların marağı qarşısında dayana bilməz” deyən M.Öğütcü insanları qayğılandıran başqa bir məsələdən söz açır. Deyir ki, Bakıya getmək istəyən pərəstişkarlar on minlərlədir. Amma hamının Azərbaycana gedib, oyunlar başa çatanadək orda qalıb, sonra vətənə qayıtmaq üçün bəs edəcək vəsaiti yoxdur. “Rəsmi Londonun gətirdiyi əsasdan fərqli olaraq problem yalnız zaman və maliyyə çatışmazlığı ola bilər. İnsanların hamısı yaxşı qazanmır. Londonla Bakı arasında birbaşa hava reyslərinin sayı o qədər çox deyil ki, getmək istəyənlərin hamısını final yarışlarına rahatca çatdırsın. Yalnız gediş-dönüş təyyarə biletinin qiyməti təxminən 600 funt sterlinqdir. Nəzərə alaq ki, pərəstişkar 29 may tarixindən daha əvvəl Bakıya getməli və yarışları tam izləmək üçün ortalama 10 gün orada qalmalıdır. Bütün bunlar isə otel, yemək-içmək, gəzmək kimi xərclər yaradır və göründüyü kimi, sadə britaniyalının cibinə uyğun gəlmir” deyir London Enerji Klubunun sədri.

Buna baxmayaraq, M.Öğütcü çıxış yolu təklif edir. Deyir ki, final oyunları başlamadan öncə müəyyən güzəştlərlə bilet satmaq şərti ilə birbaşa çarter reyslər açılsa, Bakıya gələn ingilis futbol fanatlarının sayı gözləniləndən ikiqat artıq olar. Bu da öz növbəsində həm Azərbaycana daha çox gəlir gətirər, həm də bu gözəl ölkəni görüb tanıyanların sayı daha da artar.

“İngilislər əsl futbol azarkeşləridir. Britaniyanın Xarici İşlər Nazirliyi heç vaxt bu çılğın insanlara az qala həyatlarının bir parçasına çevrilmiş futbolu izləməkdən çəkindirə bilməz. Onların gözündə futbol olan yerdə hökumətin çağırış və qadağaları, hətta terror belə mənasız görünür” deyən M.Öğütcü sonda hamını nikbin olmağa səsləyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019