Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Vətəndaşın təlabatı indiki limitdən iki dəfə çoxdur”- EKSPERT
Tarix: 16.05.2019 | Saat: 14:17:00
Bölmə:Sosial | çapa göndər

Xəbər verdiyimiz kimi ölkədə qazın güzəştli tariflərlə istehlak limiti artırıldı. İndi isə elektrik enerjisindən istifadə limitinin artırılmasının vacibliyi istiqamətində müzakirələr aparılır. 

İqtisadçı ekspert Aklif Nəsirli hafta.az-a açıqlamasında bildirib ki, əhali üçün qoyulan elektrik enerjisinə limit iki dəfə artırılsa o zaman orta statistik azərbaycanlının təlabatı tam ödənilər:

“Azərbaycanda elektrik enerjisi əsasən təbii sərvətlər hesabına formalaşır. Yəni elektrik stansiyaları həm qazla, həm mazutla işləyir. Onun da mənşəyi ölkənin karbohidrogen ehtiyyatlarıdır. Bu səbəbdən Azərbaycanda elektrikə, qaza limitin qoyulmasının əleyhinəyəm. Hazırkı qiymətlər qismən güzəştli qiymətlərdir. Bu limit qiymətləri isə elə olmalıdır ki, əhalinin təlabatı tam ödənilməlidir. Yox, əgər elektrik paylayıcı şəbəkəsi, satışla məşğul olan şirkətlər hiss etsələr ki, vətəndaşlar bundan sui-istifadə edirlər, israfçılıqla məşğul olurlar. O zaman hansısa mexanizm düşünə bilər. Amma ən pis halda limit tətbiq olunubsa, indiki qiymətdən iki dəfə aşağı olmalıdır. Mən hesab edirəm ki, vətəndaşın təlabatı indiki limitdən iki dəfə çoxdur”.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019