Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Hərbi münaqişə baş verərsə, regionda humanitar fəlakət yaradacaq” – Fikrət Yusifov
Tarix: 16.05.2019 | Saat: 14:05:00
Bölmə:Siyasət | çapa göndər

“İran ABŞ münasibətlərində yaranmış gərginlik getdikcə dərinləşir. İran rəsmiləri deyəsən yersiz hədə qorxunun faydasız olduğunu və vəziyyətin gerçəkdən ciddi şəkil aldığını dərk etməyə başlayıblar. Son günlər onların davranışında yumşalmanın əlamətləri görünməyə başlasa da ortada olduqca təhlükəli bir vəziyyət yetişməkdədir”.

Hafta.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, ekspert Fikrət Yusifov deyib. Fikrət Yusifov hesab edirəm ki, ABŞ - İsrail cütlüyü İrana qarşı hərbi əməliyyata başlamaq qərarını artıq veriblər: “Əgər bu qərar verilibsə, o halda İranın hər hansı bir formada yumşalması hərbi müdaxilənin qarşısını ala bilməyəcək. İran hərbi münaqişədən nə qədər qaçmağa çalışsa da, onu bu münaqişəyə zorla çəkəcək yollar tapılacaq. Bundan öncə ABŞ bir çox ölkələrə, o cümlədən İraqa, Əfqanıstana da müxtəlif bəhanələrlə hərbi müdaxilə etmişdi. Əgər hərbi münaqişə baş verərsə, bu regionda ölçüsü olmayan humanitar fəlakət yaradacaq. Unutmayaq ki, güclü iqtisadiyyatı və kifayət qədər böyük maliyyə resursları olan ölkəmiz 30 ilə yaxındır ki, bir milyona qədər qaçqınlarımızın problemlərini hələ tam çözüb qurtara bilməyib. İranda 80 milyon insan yaşayır ki, bunun da yarsına qədəri azərbaycan türkləri - yəni bizim qardaşlarımızdı”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019