Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Pensiya və əməkhaqlarının artmasına ikiəlli razıyam” – Aydın Mirzəzadə
Tarix: 16.05.2019 | Saat: 14:46:00
Bölmə:Sosial | çapa göndər

“Pensiya və əməkhaqlarının artmasına ikiəlli razıyam. İnsanlarımız hər il onların gəlirlərinin artmasını görməlidirlər”.

Hafta.az xəbər verir ki, bunu feysbuk sosial şəbəkəsində rəsmi səhifəsindən canlı yayımla çıxış edən millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, tək dövlət yox, özəl sektor da əmək haqqlarının artırılmasında maraqlı olmalıdır: “İlk növbədə dövlət bu məsələdə geniş təbliğat işi aparmalıdır. Dövlət vaxtaşırı olaraq minimum əmək haqlarını artırır ki, sahibkarlar əməkhaqlarını təyin olunan minimumdan aşağı verə bilməsin. Ümid edirəm ki, Azərbaycan sahibkarları da vətəndaşlarımızın daha yaxşı yaşamasında maraqlıdır. Hətta cənab prezident vətəndaşlarla görüşündə bundan sonra da əmək haqlarının artırılacağını bildirib. Ötən illə müqayisədə bu il büdcəmiz 5 milyard manat artıb. Ötən il 19, bu il 24 milyard manatdır. Bunun da 2 milyard manatı pensiya və müvavinətlərin artırılmasına sərf olunub”.

Millət vəkili hesab edir ki, sosial evlərin tikintisi pioritet məsələ olmalıdır: “Tək Bakıda deyil, regionlarımızda da sosial evlər tikilməlidir. Bu gün mənzil almaq və ev tikmək imkanı olmayan insanlara da dövlət diqqət göstərir. Bunun üçün sosial evlər layihəsinə başlanılıb”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019