Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Sazişdə əsas məqam Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi olacaq” – Aydın Mirzəzadə
Tarix: 16.05.2019 | Saat: 15:06:00
Bölmə:Siyasət | çapa göndər

“Brüsseldə saziş imzalanması nəzərdə tutulmamışdı. Bu yubley sammiti idi. Avropa Birliyi rəhbərləri ilə proqramı imzalayan ölkələrin dövlət başçıları 10 il ərzində gedilən yola bir nəzər yetirməli idilər. Yəni, perspektiv müəyyənləşdirməli idilər. Bu belə də oldu”.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, Azərbaycan orada ərazi bütövlüyü məsələsini də qaldırdı. Çox təssüf ki, Ermənistanı müdafiə edən müəyyən dairələr yenə də ikili standart həyata keçirdilər. Amma Azərbaycan yenə də öz mövqeyində qalır: “Azərbaycanla Avropa Birliyi arasında sazişin hazırlanması prosesi gedir. Onun imzalanacağı gün rəsmi şəkildə bildiriləcək. Qeyd edim ki, sazişdə əsas məqam Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi olacaq. Bu bənd ora salınmasa, Azərbaycan həmin sazişi imzalamayacaq. Bu saziş Azərbaycana nə qədər lazımdırsa, Avropaya da bir o qədər lazımdır. Azərbaycan bu sazişi imzalayan yeganə ölkələrdəndir ki, Avropa Birliyindən nəsə xahiş etmir. Biz AB-dən nə üzvlük, nə də başqa xahişlər edirik. Bizim istədiyimiz bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıqdır. Avropa Birliyi Azərbaycanın bu əlavəsini qəbul etməlidir. Biz kiminsə forpostu, kiminsə siyasətində alət olmaq istəmirik. Azərbaycan müstəqil ölkədir. Daxili və xarici siyasətimiz də müstəqil şəkildə yürüdülür”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019