Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanı istəməyən qüvvələr ideoloji təxribatla məşğul olurlar" - FƏZAİL İBRAHİMLİ
Tarix: 16.05.2019 | Saat: 15:16:00
Bölmə:Sosial | çapa göndər

Mayın 29 da Bakıda UEFA finalının keçirilməsi ilə bağlı Azərbaycan haqqında növbəti dəfə qərəzli fikirlər səsləndirilib. Belə mühüm tədbir ərəfəsində heç bir əsası olmayan iddialarla Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi açıq-aşkardır.

Mövzu ilə bağlı hafta.az-ın sualını cavablandıran millət vəkili Fəzail İbrahimli dedi ki, Azərbaycanı istəməyən qüvvələr ideoloji təxribatla məşğul olurlar, baş tutacaq tədbirləri baykot etmək fikrinə düşürlər:

“Amma həyat sübut edir ki, bunların düşüncələri arzu olaraq ürəyində, istəkləri gözündə qalır. Azərbaycan sabit bir ölkədir. Bu sabitliyi pozmaq istəyən narahat qüvvələr var. Onlar da həmişə belə vəziyyətlərdə işə düşürlər. Hər bir zaman ölkəmiz dünya dövlətlərinin diqqətini cəlb edib. Qısqanclıq, müsəlman-xristian təsübkeşliyi var. Bütün bunların hamısının təsiri nəticəsində anti-qüvvələr hərəkət keçir. Bu da növbəti təxribatlarından biridir. Lakin Azərbaycan ayaq üstədir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019