Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avropa İttifaqının Biznes Missiyası Lənkərana səfər edib
Tarix: 16.05.2019 | Saat: 16:23:00
Bölmə:Sosial | çapa göndər

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Ofisinin nümayəndələri Lənkərana kənd təsərrüfatı üzrə Biznes Missiyası təşkil edib. Biznes Missiyası Aİ şirkət nümayəndələrindən və diplomatik korpusun təmsilçilərindən ibarət olub. Biznes səfərinin əsas məqsədi regionda investisiya imkanlarını araşdırmaq, o cümlədən sektorda hazırkı inkişaf istiqamətləri barədə məlumat əldə etmək olub.

Aİ-nin ölkəmizdəki nümayəndəliyindən Hafta.az-a verilən məlumata görə, biznes səfəri çərçivəsində yerli dövlət qurumları, Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və bir sıra aparıcı aqrobiznes şirkətləri ilə görüşlər keçirilib. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində baş tutan ilkin görüşdə bu rayonda kənd təsərrüfatı sektoruna dair təqdimat keçirilib, iştirakçılara elektron xidmətlər və innovativ texnologiyalar barədə məlumat verilib. Daha sonra İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsinin rəhbəri Çingiz Əhmədovun iştirakı ilə bölgənin iqtisadi vəziyyətinə baxış keçirilib. O cümlədən, səfər çərçivəsində Astara Çay MMC şirkəti ilə görüş təşkil edilib. Görüş zamanı iştirakçılar şirkətin ümumi fəaliyyəti barədə məlumatlandırılıb, çay emalı və qablaşdırma zavoduna ekskursiya təşkil olunub və əməkdaşlıq imkanları müzakirə olunub. Biznes Missiyasına həmçinin, Gilan Aqro Sitrus, Lənkəran Konserv zavodu və Lənkəran Çay Fabriki ilə görüşlər daxil olub.

Biznes Missiyasında iştirak edən Aİ Nümayəndəliyinin təmsilçisi Rainer Freund bildirib: "Avropa İttifaqının yardımı ilə daha da dəstəklənə biləcək inkişaf imkanlarını və aqrobiznes sahəsində fəaliyyət göstərən İttifaq şirkətlərinin marağı çərçivəsində olan xüsusi investisiya imkanlarını araşdırmaqdan məmnunuq. Lənkəran iqtisadi regionu qarşıdan gələn “Azərbaycanda Lənkəran regionu üçün Aİ” fəaliyyət proqramının əsas mövzusunu təşkil edir. Proqram digər tədbirlərlə yanaşı, tətbiqi kənd təsərrüfatı üzrə tədqiqatların inkişafı və sektorda fəaliyyət göstərən bazar iştirakçılarının əməkdaşlıq təşəbbüslərinin təşviqi vasitəsilə meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətini artıraraq regionun iqtisadi potensialını gücləndirməyi hədəfləyir".

Bu yerdə qeyd edək ki, Aİ Biznes Missiyası iyunun 13-də Bakıda keçiriləcək Aİ-Azərbaycan Biznes Forumuna dəstək layihəsinin bir hissəsidir. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən həyata keçirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.05.2019
21.05.2019