Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanı rayonunda ilin 1-ci rübünün yekunları müzakirə olunub
Tarix: 16.05.2019 | Saat: 18:40:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin giriş və yekun nitqindən irəli gələn vəzifələr və Suraxanı rayonunda 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr konkretləşdirilib.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İlqar Abbasov bildirib ki, son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artmış,ölkəyə 2,8 milyard dollar sərmayə qoyulmuş, inflyasiya isə 2,1 faiz təşkil etmişdir. Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənmişdir.
İlqar Abbasov qeyd etmişdir ki, hesabat dövrü ərzində Suraxanı rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilmiş, ilkin hesablamalara görə sənaye məhsulunun istehsalı 75,2 milyon manat, tikinti-quraşdırma işləri 53,1 milyon manat, nəqliyyat xidmətləri 2,9 milyon manat, rabitə xidmətləri 230,0 min manat, iaşə dövriyyəsi 8,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 190,0 milyon manat olmuş, orta aylıq əmək haqqı 550 manat təşkil etmiş, əhaliyə 88,3 milyon manat məbləğində ödənişli xidmətlər göstərilmiş, 950 yeni iş yeri açılmışdır.

“Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində “Neftçilər” parkında yenidənqurma işləri başa çatdırılmışdır. Ümumi sahəsi 6 hektar olan ərazinin 4 hektarlıq hissəsində mədəniyyət və istirahət parkı yaradılmışdır. Digər 2 hektarlıq sahədə isə meşə zolağı salınmış və velosiped yolları çəkilmiş, işıqlandırma işləri görülmüşdür. Bu istirahət məkanında “IDEA” İctimai Birliyinin layihəsi çərçivəsində uşaq idman və futbol meydançaları salınmış, trenajorlar quraşdırılmış, uşaq və yeniyetmələrin əyləncəsi, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif attraksionlar və oyun elementləri yerləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva aprelin 18-də əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olmuşlar.
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü münasibəti ilə 26 fevral tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə “Neftçilər” parkında 613 ağac əkilmişdir.

27 fevral tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva rayonun 2 saylı uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olmuş, uşaqlarla görüşmüşdür.
Bu dövr ərzində rayonun avtomobil yollarına 961 p.m. səki daşları düzlənmiş, 11 340 m² sahədə yol örtüyü təmir edilmiş, sakinlərin müraciətlərinə əsasən qəsəbələrdə 8 627 m² asfalt-beton yol örtüyü təmir edilmişdir. Hövsan qəsəbəsi, Məktəb küçəsində uzunluğu 6,6 km olan avtomobil yolunda yenidənqurma işlərinə başlanılmış, hal-hazırda yolun 5 km-lik hissəsi asfaltlanmışdır. Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsinin Babək prospekti ilə kəsişməsində yol kənarında piyada səkilərinin bərpası işləri davam etdirilir.

Hesabat dövründə istilik qazanxanalarında, magistiral və məhəllədaxili istilik xətlərində baş vermiş qəzalar aradan qaldırılmış, təmir işləri aparılmışdır. Rayon ərazisində mövcud TM və KTM-lərdə zədəli kabel xətləri və nasaz avadanlıqlar təmir olunmuş və ya yeniləri ilə əvəz edilmişdir. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə ümumi uzunluğu 3887 p.m.olan yerüstü qaz xətləri çəkilmiş, 8 ədəd siyirtmə,11 ədəd müxtəlif həcmli qaz tənzimləyiciləri quraşdırılmışdır.
Əmircan, Yeni Suraxanı, Qaraçuxur və Hövsan qəsəbələrində 877 p.m., Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində 2315 p.m. yeni su xətti çəkilmiş, Əmircan qəsəbəsi, Nurəli Abdullayev küçəsində qəzalı vəziyyətdə polad boru 755 p.m.uzunluğunda polietilen boru ilə əvəz edilmiş, Atamoğlan Rzayev küçəsində 408 p.m. su xətti çəkilərək yeni şəbəkə qurulmuş, rayonun kanalizasiya şəbəkəsində 9 km-dən artıq xətt təmizlənmişdir.
2019-cu ilin 3 ayı ərzində ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 1,3 hektar olan müxtəlif ölçülü 11 gölməçə qurudulmuş, neftlə çirklənmiş 4,695 hektar torpaq sahəsi təmizlənmiş, rayon ərazisində 1168 ədəd ağac əkilmişdir. Rayon ərazisində məişət tullantılarının vaxtında daşınmasının, eləcə də sanitar təmizliyin təmin olunmasının nəzarətdə saxlanılması məqsədi ilə komissiya yaradılmış, tədbirlər planı təsdiq edilmiş və məsələ ciddi nəzarətə götürülmüşdür.
Ötən dövr ərzində vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılmış, cari ilin 1-ci rübü ərzindəRayon İcra Hakimiyyətinin başçısı tərəfindən 220 nəfər vətəndaş qəbul edilmiş, qəsəbələrdə keçirilən 9 səyyar görüş-qəbulda 290 sakin iştirak etmişdir.

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilmiş, ötən il ərzində Dövlət Sosia Müdafiə Fondunun rayon şöbəsi tərəfindən aztəminatlı ailələrə 2,5 milyon manat məbləğində sosial müavinətödənilmiş, 128 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, 43 nəfər istirahət və müəlicə mərkəzlərinə göndərilmişdir.
Rayon Məşğulluq Mərkəzinə müraciət edən 1357 nəfər işaxtaran vətəndaşdan 876 nəfəri işlə təmin olunmuşdur. Müzakirələri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanın bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən dövlətimizin başçısını əmin etdi ki , Heydər Əliyev siyasi və iqtisadi kursuna sadiq olan rayonun sakinləri və əmək kollektivləri cənab İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin yerinə yetirilməsi, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələrin icra edilməsi üçün bütün səylərimizi və qüvvəmizi səfərbər edəcəyik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019