Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qəzaya düşmüş maşından 1 milyon avro tapıldı - GÜNÜN TƏZADLARI
Tarix: 16.05.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

İspaniya Mülki Qvardiyası Qranada əyalətində qəzaya uğrayan avtomobildə bir milyon avro aşkarladı. Hafta.az yazır ki, AZƏRTAC bu haqda xarici KİV-ə istinadla xəbər yayıb. Yol-nəqliyyat hadisəsi Uetor-de-Santilyan bələdiyyəsinin ərazisində qeydə alınıb. Mülki Qvardiyanın əməkdaşları sürücünü və iki sərnişini əzilmiş avtomobildən çıxarıb. Onların hamısı Litva vətəndaşlarıdır. Sürücünün narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Həmçinin qvardiyanın komendantlığına aparılan minivendə 1 milyon avro aşkarlanıb. Əgər vəsaitin qanunsuz olduğu sübut edilsə, litvalılar pulların yuyulmasında ittiham oluna bilərlər. Eyni zamanda, böyük məbləğdə pulu daşımaq üçün ilkin sorğu göndərmədiklərinə görə onları cərimə gözləyir. Belə ki, İspaniya qanunvericiliyinə əsasən, ölkə daxilində yalnız 100 min avroya qədər pul aparmaq olar. Xaricə isə deklarasiyasız maksimum 10 min avro məbləğində vəsait çıxarmağa icazə verilir.


Bakıda vəzifəli şəxs vəfat etdi


Azərbaycan elminə ağır itki üz verdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan haqları İnstitutunun Mülki Hüquq, Mülki Proses və Sosial İqtisadi Hüquqlar Şöbəsinin müdiri, tibb elmləri doktoru, professor Eldar Emilyeviç Qorin vəfat edib. Eyni zamanda Azərbaycan Tibb Universitetinin kafedra müdiri olan 72 yaşlı Eldar Qorin xəstəlik səbəbindən dünyasını dəyişib. Allah rəhmət eləsin!


Tanınmış aktrisa övladlığa uşaq götürməyə qərar verdi


Əməkdar artist Məlahət Abbasovanın övladlığa uşaq götürməyə hazırlaşdığı bəlli oldu. Hafta.az yazır ki, aktrisa bu barədə şəxsi “Facebook” hesabında məlumat verib. “Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım. Müraciət üçün sənədlərim hazırlanır. Övladlarımla danışdım, onlar da razıdırlar. Məncə, həyata bir uşaq qazandırmaq, onların yaralarını sarmaq, onlara dəstək olmaq ən böyük savabdır”. Qeyd edək ki, M.Abbasova Türkiyə vətəndaşı ilə evlidir. Cütlüyün bir qız, bir oğlan övladı var.


“Qəbələ”nin qapıçısının evindən 5 min dollar oğurlandı


Bakıda futbolçunun evindən oğurluq oldu. Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, “Qəbələ” futbol klubunun qapıçısı Dmitri Bezotosnının yaşadığı mənzildən 5 min ABŞ dolları oğurlanıb. Polisin araşdırması nəticəsində oğurluqda şübhəli bilinən N.M. saxlanılıb. Həmin qadın futbolçunun uşaqlarının dayəsi olub.


Vertolyot çaya düşdü


ABŞ-da vertolyot qəza enişi etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, hadisə Nyu-Yorkda, Hudzon çayında baş verib. Hadisə ilə əlaqədar əraziyə polis kateri göndərilib. Qeyd edilir ki, vertolyot suyun altındadır. Hadisə zamanı vertolyotda neçə nəfərin olması, habelə ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir. “ABC” teleşirkəti isə bildirib ki, Nyu-York ştatının Polis İdarəsinin kateri vertolyotu yedəyinə alıb. Hazırda hava maşınını sudan çıxarmaq istəyirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019