Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Avropa Birliyi Azərbaycandakı islahatlardan razıdır”- Qabil Hüseynli
Tarix: 17.05.2019 | Saat: 16:57:00
Bölmə:Siyasət | çapa göndər

“Avropa Birliyi ilə iqtisadi sahədəki əməkdaşlığımız normal səviyyədədir. Hətta ümidverici dinamizmə malikdir. TANAP və digər imzalanmış sazişlərin reallaşmasından, işə düşməsindən sonra iqtisadi əlaqələr kifayət qədər yüksək mərtəbəyə qalxacaq”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, bu hər iki tərəf üçün xeyli faydalı olacaq: “Son dövrlər Avropa Birliyinin Azərbaycana olan diqqətinin artması, eləcə də Azərbaycanın siyasi oriyentasiyanı müəyyənləşdirmək baxımından Avropanı seçməsi diqqətçəkən faktlardandır. Bu gün Azərbaycan prezidentinin reytinqi çox yüksəkdir. Prezident İlham Əliyev demokratik məkanda da bəzi “liberal” dəyərlərə meydan oxuya biləcək gücə sahibdir. Ölkənin modernləşdirilməsi istiqamətində atılan addımlar, ölkəmizin beynəlxalq imicinin durmadan artması Avropa Birliyi ilə tərəfdaşlıq sazişinin imzalanmasına əsas verir. Biz indiyə qədər Avropa Birliyi ilə yaxın qonşuluq siyasətinin bütün tələblərini yerinə yetirmişik. Avropa Birliyi də Azərbaycanın keçirdiyi islahatlardan, qarşıya qoyduğu tələblərin icrasından razılığını bildirir. İndi biz Avropa Birliyi ilə daha yaxın, iç-içə olmağı nəzərdə tutan addımlar atmaqdan çəkinməməliyik. Əlbəttə, burada Azərbaycan dövlətinin təhlükəsizlik məsələləri də unudulmamalıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019