Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan-Moldova diplomatik əlaqələrinin qurulmasından 27 il ötür
Tarix: 17.05.2019 | Saat: 17:31:00
Bölmə:Gündəm | çapa göndər

Sabah (mayın 18-də) Azərbaycanla Moldova arasında diplomatik münasibətlərin qurulmasının 27-ci ili tamam olur. SSRİ-nin süquta uğraması nəticəsində müstəqilliklərini elan edən bu iki gənc respublika, Sovet bayrağı altında yaşadıqları 70 illik dostluq bağlarını müstəqilliklərini elan etdikdən sonra da yaşatmaq və daha da genişləndirmək əzmi göstəriblər. Elə 29 may 1992-ci ildə yaradılan diplomatik əlaqələr də bu niyyətin başlanğıcı olub. O cümlədən 1992-ci il martın 2-də eyni gündə BMT-yə üzv qəbul edilən bu dost dövlət belə ali təşkilatda da hər zaman qarşılıqlı şəkildə bir-birini dəstəkləyiblər.

İlkin olaraq 2004-cü il mart ayının 15-dən etibarən Azərbaycanın Ukraynadakı səfirliyinin Kişineudakı ofisi rəsmən fəaliyyətə başlasa da, 5 oktyabr 2005-ci ildə ölkəmizin Moldovada səfirliyi açılıb. Həmin il noyabrın 1-də isə Moldovanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azərbaycanın Moldovada ilk səfiri Namiq Əliyev, Moldovanın ölkəmizdəki ilk səfiri isə İqor Bodiu olub. Hazırda Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanov, Moldovanın Azərbaycandakı səfiri isə Qeorqe Leukadır.

İki dost ölkə olan Azərbaycanla Moldova arasında geridə buraxdığımız 27 il ərzində çox sayda yüksək səviyyəli rəsmi və işgüzar səfərlər həyata keçirilib. Məsələn, 2004-cü il 26-27 oktyabr tarixlərində Moldova prezidenti Vladimir Voroninin Bakıya, 21 aprel 2005-ci ildə prezident İlham Əliyevin Kişineuya rəsmi səfəri olub. Ancaq dövlət başçılarının səfərləri bununla yekunlaşmır. 2008-ci il 23-24 aprel tarixlərində prezident V.Voroninin ölkəmizə növbəti rəsmi səfəri, 2009-cu il oktyabrın 9-da isə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə prezident İ.Əliyevin Moldovaya işgüzar səfəri baş tutub. Bundan əlavə hökumət başçıları, parlament sədrlərinin və nazirlərin də müxtəlif zamanlarda qarşılıqlı səfərləri Azərbaycanla Moldova arasında geniş hərtərəfli əlaqələrin inkişafına sübutdur.

Qeyd edək ki, Moldova Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair bir sıra rəsmi görüşlərə ev sahibliyi edib. O cümlədən, 2002-ci il oktyabrın 6-da Azərbaycan prezidenti Heydər Əliyevlə Ermənistan prezidenti Robert Köçəryan, 8-9 oktyabr 2009-cu ildə isə prezident İlham Əliyevlə erməni dövlət başçısı Serj Sarkisyan arasında görüş məhz Moldovanın paytaxtında təşkil edilib.

Azərbaycan və Moldova hökumətləri tərəfdaşlıq əlaqələrini hər iki ölkənin üzvü ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Şurası, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı (GUAM) və bir çox digər beynəlxalq və regional təşkilatlarda davam etdiriblər. Ölkələrimiz beynəlxalq hüquq, ərazi bütövlüyü və dövlətlərin suverenliyinə hörmətin təmin edilməsi ilə bağlı mövzularda bir-birinə dəstək veriblər. Ümumi strateji maraqlar əsasında yaradılmış çoxtərəfli istehsal, elmi-texniki əlaqələr Azərbaycanla Moldova arasında qarşılıqlı inam və ikitərəfli dostluq əlaqələrini möhkəmləndirməkdədir. Bunun nəticəsi olaraq ölkələrimiz arasında mövcud olan və bütün sahələri əhatə edən 50 müqaviləni göstərə bilərik.

Hazırda iki ölkənin parlamentlərində işçi qrup fəaliyyət göstərir. Bu işçi qrupu 1997-ci il martın 7-də yaradılıb və ilk rəhbəri deputat Eldar İbrahimov olub. Hazırda işçi qrupun rəhbəri Sabir Hacıyevdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019