Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident səfiri Vladislav Kanevskini qəbul edib
Tarix: 17.05.2019 | Saat: 17:42:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Səfir əminliyini ifadə etdi ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019
17.06.2019