Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Gülümün şeirləri” işıq üzü gördü
Tarix: 17.05.2019 | Saat: 18:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bu günlərdə tanınmış şair və publisist Zaur Ustacın “Gülünün şeirləri” adlı yeni kitabı işıq üzü görüb. Əlifbamızdakı bütün hərflərə, eyni zamanda rəqəmlərə aid olan şeirlər və tapmacalardan ibarət olan kitab əlavə dərs vəsaiti olaraq birinci siniflər üçün sinifdənxaric oxu üçün nəzərdə tutulub.

Müəllif əlavə tədris vəsaitinin tərtib olunmasında Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimləri Əzizə Abdullayeva və Gözəl Quliyevanın tövsiyələrindən bəhrələnmişdir. Xatırladaq ki, sözügedən kitab yaxın günlərdə Bakı şəhər 20 nömrəli məktəb-liseydə geniş auditoriyada ibtidai sinif müəllimlərindən ibarət pedoqoji kollektivə təqdim olunacaq, tədris ilində fərqlənmiş, yeni dərs ilində birinci sinifləri qəbul edəcək müəllimlərə və məktəb kitabxanasına hədiyyə olunacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019