Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xudatda gül dükanında qoxumuş ət aşkarlandı - GÜNÜN TƏZADLARI
Tarix: 17.05.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Xudat şəhərinin gül mağazalarından birində istifadəyə yararsız ət aşkar edildi. Hafta.az yazır ki, DİN Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhəri ərazisində əməliyyat keçirib. Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.

 

Nobel mükafatçısı orucun insanı cavanlaşdırdığını təsdiqlədi

 

Yaponiya alimi orucun sağlamlıq üçün faydalarını sübut edən yeni araşdırma apardı. Hafta.az-ın xarici İslam saytlarına istinadla yaydığı məlumata görə, Yoşinori Osumi 2016-cı ildə autofaqiya(yunanca “özünü yemə”) mexanizmlərini kəşf etdiyi üçün tibb və fiziologiya sahəsi üzrə Nobel mükafatına layiq görülüb. Autofaqiya prosesi zamanı hüceyrələrin iştirakıyla bədəndə lazımsız və zərərli maddələrin tullantısı baş verir. Alimlər belə bir prossesin baş verməsini hələ 1960-cı illərdə aşkar etmişdir. Lakin bu kəşf axıra qədər öyrənilməmişdir. 1990-cı illərdə hər şey dəyişdi. Yoşinori Osumi tədqiqatlarında irəlləyişlər etdi. Onun nəzərinə görə, autofaqiya mexanizmi çoxlu genlər tərəfindən idarə olunur. Orqanizm aclıq keçirərkən stress halına düşür, bununla da autofaqiya mexanizmi işə düşür. Hüceyrələr əlavə enerji ala bilmir və daxili resurslarından istifadə etməli olur. Proses zamanı yığılmış lazımsız maddələr və bakteriyalar yenidən emal edilməyə başlanır. Bioloqlar bildirir ki, autofaqiya qocalma prosesini zəiflədir və hətta hüceyrələri cavanlaşdırır.

 

25 yaşlı Nərmini maşının yük yerinə qoyub apardılar

 

Sankt-Peterburqda qəribə olay baş verdi. Hafta.az bu haqda Musavat.com-a istinadla xəbər verir. Gənc qızın maşının yük yerinə qoyulub qaçırıldığını görən şahidlər dərhal bu haqda polisə məlumat veriblər. Avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqda isə həm qız özü, həm də onu qaçıran gənclər polis əməkdaşlarını baş verənlərin zarafat olduğuna inandırmağa çalışıblar. Rusiya mətbuatının yaydığı məlumata görə, hadisə mayın 15-də axşam saat 10 radələrində Sankt-Peterburqdakı “Port Naxodka” ticarət mərkəzinin yeraltı dayanacağında baş verib. 25-30 yaşlarında olan iki azərbaycanlı öz həmyerlilərini ticarət mərkəzinin yaxınlığında qarşılayıb, onları yeraltı dayanacağa qədər ötürüblər. Oğlanlardan biri “Şkoda” markalı avtomobilin yük yerini açıb və 25 yaşlı Nərmini “baqaja” itələyib, digəri isə o biri qızı maşının salonunda əyləşdirib.


Lənkəranda baş onkoloq həkimə hökm oxundu


Lənkəran Ağır Cinayətlər Məhkəməsində Lənkəran Rayonlararası Onkoloji Dispanserinin baş həkimi işləmiş Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hafta.az. yazır ki, ONA-nın xəbərinə görə, hakim prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan həkim apelyasiya şikayəti verib. Qeyd edək ki, Ə. Əliyevə Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) maddəsi ilə cinayət işi açılıb.


Fatmayidə kişi hamilə xanımını bıçaqladı


Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlandı. Hafta.az yazır ki, ONA-nın xəbərinə görə, 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki uşaq tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019