Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “arvaddöyən kommunisti” - HƏFTƏ REYTİNQ
Tarix: 17.05.2019 | Saat: 19:00:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Rusiya kommunistinin arvadını döydükdən sonra Azərbaycana qaçdığı bəlli oldu. Qalmaqallı müxalifətçi, "Rusiya Kommunistləri" Partiyasının Yuqra bölməsinin birinci katibi, xanımı tərəfindən atılmış tək üç uşaq atası, ictimai fəal Vadim Abdürrəhmanov keçən il himayə orqanlarının diqqətinə düşüb və indi məmurlar onun valideyn hüquqlarını məhdudlaşdırıbar. Vadimin keçmiş həyat yoldaşı Məhsəti Əbdürrəhmanova əvvəlki həyat yoldaşı ilə necə yaşadıqları, nə üçün Azərbaycanda gizlətmək məcburiyyətində qaldığı və uşaqların hüquqlarını necə bərpa edəcəyi barədə danışıb. O, bütün gücünü toplayaraq keçmiş əri ilə həyatı haqda danışıb. Bildirib ki, indi öz uşaqlarını, hansı ki, Vadim Abdürrəhmanov onu, Azərbaycanda öz yaxınlarına sığındıqdan sonra bu hüquqdan birtərəfli qaydada məhrum etdirib, geri qaytarmaq üçün hər şeyi etməyə hazırdır.


Həftənin “məşhur azərbaycanlısı”


Tanınmış rus jurnalisti Andrey Karaulov Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300” və “S-400” raketlərinin istehsalı ilə məşhurlaşmış İqor Aşurbəyli haqqında "Rusiya insanı" adlı yeni sənədli film çəkdi. Həmin film “You Tube” kanalında da yayımlanıb. İqor Aşurbəyli - Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, "Almaz-Antey"” konstruktor bürosunun sabiq rəhbəri(2001-2011). Texnika elmləri doktoru. “Socium Holdinq” İdarə Heyətinin prezidentidir. Virtual “Asqardia -Kosmos Dövləti”nin qurucusudur. Əslən azərbaycanlı olan İqor Aşurbəyli 1963-cü ilin sentyabrın 9-da Bakıda doğulub.


Həftənin “Şöhrət”lisi”


Prezident İlham Əliyev Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edildi.


Həftənin “islamofob siyasətçisi”


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkənin müsəlman gürcülərin yaşadığı Xulo bölgəsinin sakinlərini təhqir etdi. Saakaşvili bildirib ki, rayon sakinləri heç bir incəsənət qalereyasına ehtiyac duymur və hətta onu psixiatrik xəstəxanalarla müqayisə edirlər. O, həmçinin yerli siyasətçilərdən birini təhqir edərək onu "deqradasiyaya uğramış" və "pis qoxuyan" adlandırıb. Sabiq prezidentin belə bəyanatları rayonda qəzəb dalğasına səbəb olub. Gürcüstan Müsəlmanları İttifaqının rəhbəri Tariel Nakaşidze bildirib ki, Saakaşvili bu sözləri ilə, dağlıq Xulo bölgəsinin sakinlərini təhqir edib. “Belə çııxır ki, o, rayon sakinlərini "geridə qalmış və daha az mədəniyyətli” hesab edir”- deyən Nakaşidze eks-prezidentdən gürcü müsəlmanlardan üzr istəməsini tələb edib. Saakaşvili isə bunun üçün hələ tələsmir.


Həftənin “ermənipərəst prezidenti”


Suriya prezidenti Bəşər Əsəd bu ölkədə yaşayan erməni icmasının katolikosu I Aramla görüşdü. Görüşdə Əsəd Suriyanı tərk edən erməniləri öz vətənlərinə geri qayıtmağa çağırıb. Görüş Bəşər Əsədin evində baş tutub. Tədbirdə Livan və Suriya ermənilərinin təmsilçiləri, Livanın erməni əsilli turizm naziri Avetis Kitanyan, Suriya parlamentinin deputatları Nora Arsiyan və Jirayr Risyan iştirak ediblər. Rəsmi məlumata görə, 2011-ci ildə Suriyada müharibənin başlamasından bu günədək 70 min suriyalı erməni ölkəni tərk edib. Bunlardan təxminən 25 min nəfər Ermənistana gəlib. Ermənistana köç edən ermənilərin müəyyən qisminin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirildiyi bildirilir.


Həftənin “üçəmi”


Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəldi. Mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub. Üçəmlərə mərhum Prezident Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır. Bu, ananın ikinci hamiləliyidir.


Həftənin “boksçu azərbaycanlı qadını”


Qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılova küçədə qadına hücum etdi. Günay Zeynalova adlı qadın avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən, əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb. G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən Məryəm Günaya hücum edib. Məsələ ilə bağlı mediaya danışan G.Zeynalova hələ də hadisənin şokundan çıxa bilmədiyini deyib. O, məşhur boksçunun cəza almasını istədiyini dilə gətirib: "Maddi-mənəvi ziyan çəkmişəm. Orada 10 min avroluq saatım itdi. Bir neçə gün öncə fikirli olub, maşını vurmuşam. Psixologiyam pozulub, gecələr kabus görürəm. Qızımın da psixologiyası pozulub. İkimiz də psixoloqdan dəstək alırıq. Tək istəyim ədalətli qərarın verilməsidir. Məryəm Cəbrayılovanın layiqli cəza almasını istəyirəm...”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
“Azərenerji” və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan edib
“Nəsimi ili” ilə bağlı elan edilən fərdi jurnalist yazıları müsabiqəsi davam edir
O qaloşu gənc qızlara sürtən kişi özünü nemət içində hiss edir - İLAHİYYATÇI
Ermənistan işğalçı dövlət olduğunu etiraf etdi - XİN
Təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 226 min 675-ə çatıb
“Azərsu”nun mütəxəssisləri Ludviqşafendə təlimlərdə iştirak ediblər
Növbəti özəlləşdirmə hərracına 77 əmlak çıxarılıb
Xəstəxanada baş verən dəhşətli qətlin şok təfərrüatları: Keçmiş ərinin təklifini geri çevirdiyinə görə
Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir olunub