Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Avropa Birliyi bütün sahələrdə ölkəmizlə əməkdaşlıqda maraqlıdır" - Sona Əliyeva
Tarix: 18.05.2019 | Saat: 13:54:00
Bölmə:Siyasət | çapa göndər

"Ölkə başçısı İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyacaq. Bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətlərdəndir. Bu da onu deməyə əsas verir ki, Avropa Birliyi bütün sahələrdə ölkəmizlə əməkdaşlıqda maraqlıdır".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Sona Əliyeva deyib. Millət vəkili bildirib ki, buna qədər də Azərbaycanla Avropa Birliyi arasındakı siyasi, eləcə də iqtisadi tərəfdaşlıq və əməkdaşlıq əlaqələri çox yüksək səviyyədə olub:

"Avropa Birliyi ilə iqtisadi sahədəki əməkdaşlığımız normal səviyyədədir. Hətta ümidverici dinamizmə malikdir. Şübhəsiz ki, bu əlaqələrin kökündə ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhvələr durur. TANAP, TAP kimi beyəlxalq layihələrə Azərbaycanın verdiyi töhvə, təşəbbüşkarlıq və beynəlxalq projelərə donorluq etməsi Qərb tərəfindən hər zaman xüsusi təqdir olunub. Biz hər zaman Avropa Birliyi ilə yaxın qonşuluq siyasətinə sadiq olmuşuq. Bir sözlə, ikitərəfli əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması Azərbaycandan daha çox Qərbə lazımdır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019