Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ticarət mərkəzində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Tarix: 18.05.2019 | Saat: 23:30:00
Bölmə:Hadisə | çapa göndər

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materialları yanıb.

Əlavə məlumat veriləcək.

***

Bakıda ticarət mərkəzinin yerləşdiyi binada yanğın olub.

Hafta.az "Report"-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində baş verib.

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az FHN-ə istinadən bildirir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019