Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda 35-ci Avropa çempionatının finalı keçirilir
Tarix: 19.05.2019 | Saat: 14:00:00
Bölmə:İdman | çapa göndər

Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb.

Bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).

Çempionatın sonuncu günündə əvvəlcə gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 halqa və 5 lentlə yarışların finalında güclərini sınayacaq. Sonra böyük gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər üzrə medallar uğrunda yarışacaqlar.

Azərbaycanı yarışlarda Marina Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova, Fəridə Səfiyarzadədən ibarət qrup hərəkətləri üzrə yığma təmsil edir. Komandamız 5 halqa ilə yarışlarda iştirak edəcək. Fərdi proqramda isə Zöhrə Ağamirova gürzlər və halqa yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019