Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır - Polşalı gimnast
Tarix: 19.05.2019 | Saat: 14:49:00
Bölmə:İdman | çapa göndər

Bakıda özümü doğma vətənimdəki kimi rahat hiss edirəm. Yarışların keçirildiyi Milli Gimnastika Arenası çox gözəldir. Bakıda gimnastların öz potensialından istifadə etmələri üçün hər bir şərait yaradılıb.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində bədii gimnastika üzrə Bakıda keçirilən Avropa çempionatının iştirakçısı, polşalı gimnast Natalia Koziol deyib.

Gimnast qeyd edib ki, azarkeşlərin dəstəyi onu daha yaxşı mübarizə aparmağa sövq edir: “Çıxışım zamanı hərəkətlərin icrasında dəqiqliyə xüsusi diqqət yetirməyə çalışıram. Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır. Bu, məni daha yaxşı mübarizə aparmağa sövq edir”.

Bu gün yekun vurulacaq çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edirlər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.



Bölməyə aid digər xəbərlər
17.06.2019 ATV bəyanat yayıb

Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019