Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
117 yaşlı müstəqil Kuba
Tarix: 19.05.2019 | Saat: 16:30:00
Bölmə:Maraqlı | çapa göndər

Mayın 20-də Kuba xalqının tarixə qızıl hərflərlə yazılmış müstəqillik günü qeyd edilməkdədir. 1902-ci il mayın məhz bu tarixində kubalılar ABŞ-da tam müstəqillik əldə ediblər.

Bu yerdə qeyd edək ki, Azadlıq adası hesab olunan Kuba 1492-ci il oktyabrın 28-də Xristafor Kolumb tərəfindən ilk kəşf edildiyi gündən dör əsr ərzində İspaniyanın müstəmləkəsi olub. Amma bir faktdır ki, XIX əsrin sonlarına yaxın İspaniyanın şəkər istehsalı və ixracı üçün lazım olan işçi qüvvəsi, sərmayə, maşın və avadanlıq, texniki vasitələri, hətta satış bazarını təmin edə bilməməsi Madridin Kuba ilə siyasi-iqtisadi əlaqələrinin zəifləməsinə gətirib çıxarıb. Bundan istifadə edən amerikalı iş adamları adada şəkər istehsalı və ticarəti sahəsində yeni imkanlar qazandılar. Lakin ispanlar kubalıların gündən-günə genişlənən azadlıq tələblərinə nəinki məhəl qoymadı, hətta vergiləri artırmaqla xalqın yükünü daha da artırmağa başladılar. Təbii ki, Madridin bu addımı azadlıq sevər kubalıların tarixdə məşhur olan “10 illik müharibə”yə (1868-1878-ci illər) başlaması ilə nəticələndi. İspaniya hökuməti 1878-ci ildə məcburiyyət qarşısında qalaraq “Zanjon müqaviləsini imzalayıb siyasi və iqtisadi islahatlar aparacağına söz verdi. Təbii ki, İspaniya vacib islahatları aparmadı və 1895-ci ildə sürgündəki kubalı şair və jurnalist Joze Marti ölkədəki və xaricdəki bütün Kuba əsilli siyasi təşkilatları bir araya getirərək partizan hərəkatına söykənən azadlıq mübarizəsinə start verdi. Buna cavab olaraq İspaniya adaya 200 minlik ordu çıxardı. Müharibə zamanı adada şəkər istehsalı demək olar ki, dayandı. Kubada dərin böhran baş qaldırdı. ABŞ Havana limanında lövhər salmış “Maine” gəmisinin batırılmasını bəhanə edərək İspaniyaya müharibə elan etdi.

İspaniya 1898-ci ilin sonlarına yaxın ABŞ-a məğlub oldu və bağlanan Paris Müqaviləsinə əsasən Kuba 1 yanvar 1899-cu ildə ABŞ-ın hərbi nəzarəti altında müstəqilliyini qazandı. ABŞ 1901-ci ildə Kubanın siyasi-iqtisadi çərçivəsini müəyyənləşdirən, dövlətin daxili və xarici siyasətində söz sahibi olma və eyni adlı adada yerləşən Quantanamo kəndind hərbi baza yaratmaq səlahiyyəti əldə edərək ordusunu geri çəkdi. Amma təbii ki, bu ada xalqını və rəhbərliyini razı salmamışdı - mübarizə daha şiddətlə davam edirdi. Nəticədə 1902-ci il may ayının 20-də tam müstəqilliyinə qovuşdu...

Bu yerdə oxucular üçün maraqlı olar deyə Kuba haqqında qısaca önəmli məlumatları təqdim edək:

Sahəsi 110 min kvadrat kilometr, əhalisinin sayı 12 milyon nəfərə yaxın olan Kuba adası Karib dənizində yerləşir. 1233 kilometr uzunluğu olan Kuba dünyada 13-cü iri adadır. Kubaın ətrafında 3715 ada (ikinci iri ada Yuventuddur) və adacıq da mövcuddur.

Kuba ən yaxın qonşusu olan Haitidən 77, Baham adalarından 140, Yamaykadan 146, ABŞ-dan 180, Meksikadan 210 və Kayman adalarından 240 kilometr məsafədə yerləşir. Adanın ən hündür zirvəsi Turquino zirvəsidir (2005 metr). Sahil xəttinin uzunluğu ümumilikdə 3735 kilometr olan Kubanın yeganə quru sərhədi, əvvəllər özünün olan, bu gün isə ABŞ-a məxsus Quantanamo kəndi ilədir (29 kilometr).Ölkə inzibati baxımdan 14 vilayət və 2 xüsusi bələdiyyə ərazisinə bölünür...

Azərbaycanla Kuba arasında dostluq əlaqələri Sovet dövründə Moskva üzərindən həyata keçirilsə də, SSRİ dağıldıqdan sonra ölkələrimiz birbaşa münasibətlər qurmağa başlayıb. İlkin olaraq, Kuba Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il martın 27-də qurulub. İlk başda Kubanın Rusiyadakı səfiri eyni zamanda Azərbaycanda da fəaliyyət göstərsə də, 2007-ci ildə rəsmi Havana Azərbaycana müvəqqəti işlər vəkili təyin edib. Bir il sonra – 2008-ci ildə isə Kubanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Hazırda Azərbaycanı Kubada Müfəqqəti işlər vəkili Cavanşir Salehov təmsil etməkdədir. Kunabın Azərbaycanda səfiri isə Alfredo Fidel Nievesdir.

Azərbaycan və Kuba parlamentlərində işçi qrup da fəaliyyətdədir. Azərbaycan Milli Məclisində 2005-ci il dekabrın 13-də dostluq qrupu yaradılıb və hazırda sədri Ağacan Abıyevdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019