Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub - FOTO
Tarix: 19.05.2019 | Saat: 20:05:00
Bölmə:İdman | çapa göndər

UEFA Avropa Liqasının kuboku Gəncəyə gətirilib.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 19-da UEFA Avropa Liqasının kuboku Nizami yurduna gətirilib və Heydər Əliyev adına Meydanda futbol azarkeşləri və ictimaiyyət qarşısında nümayiş olunub.

Avropa Liqasının təbliğat və kommersiya üzrə meneceri Tural Piriyev bildirib ki, tədbirin təşkilində məqsəd mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda təqdim olunacaq kubokla idmansevərləri tanış etməkdir.

Kubokun ictimaiyyətə təqdimatından sonra maraqlı konsert proqramı təqdim olunub.Gənc musiqiçilər və rəqs qrupları özlərinin maraqlı ifaları ilə tamaşaçılar qarşısında çıxış ediblər.

Tədbir çərçivəsində həmçinin maraqlı əyləncəli oyunlar, yarışmalar və viktorinalar təşkil olunub. Viktorinanın qalibinə final oyununun 2 bileti hədiyyə olaraq verilib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.



Bölməyə aid digər xəbərlər
16.06.2019 Monroz "Neftçi"də

Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019