Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gürcüstanda keçirilən aralıq seçkiləri başa çatıb
Tarix: 19.05.2019 | Saat: 21:39:00
Bölmə:Dünya | çapa göndər

Mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilərlə bağlı səsvermə başa çatıb.

AZƏRTAC xəbər verir ki, seçkilər ölkə üzrə 410 məntəqədə keçirilib. Səsəvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. Hazırda seçki məntəqələri bağlanıb, səslərin sayılmasına başlanılıb.

Məlumat üçün qeyd edək ki, seçkilər azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunu da əhatə edib. Səsvermə rayonun 90 seçki məntəqəsində keçirilib.

Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur.

Rayon rəhbəri vəzifəsi uğurunda 15 namizəd mübarizə aparıb. Onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Gürcüstan MSK-nın saat 17:00-a olan məlumatına görə, Marneulidə seçici fəallığın isə 27,2 olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019