Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qalatasaray"dan 22-ci çempionluq!
Tarix: 19.05.2019 | Saat: 23:07:00
Bölmə:İdman | çapa göndər

Bu gün futbol üzrə Türkiyə Superliqasında “Türk Telekom” stadionunda İstanbul derbisi oynanılıb.

Hafta.az xəbər verir ki, XXXIII turun mərkəzi və son qarşılaşmasında turnir cədvəlində 66 xalla lider olan “Qalatasaray” komandası eyni xala malik olan və top fərqinə görə ikinci pillədə qərarlaşan “Başakşəhər”i qəbul edib.

Baş hakimi Cüneyt Çakırin idarə etdiyi görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qalatasaray” vacib üç xala sahib olub və Superliqanın oyunlarının yekunlaşmasına bir tur qalmış 2018-2019-cu il mövsümündə çempionluğunu elan edib. Bu “Qalatasaray”ın ardıcıl ikinci, ümumiyyətlə isə 22-ci çempionluğu olub.

Qeyd edək ki, “Qalatasaray” bu mövsüm Superliqada 33 tur ərzində 20 oyunda qələbə qazanıb, 9 matçda heç-heçə edib və 4 dəfə məğlub olub.

Türkiyə Superliqası - XXXIII tur

"Qalatasaray" - "Başakşəhər" - 2:1
Qollar: Fequli, 47; Onyekuru, 64 - Bajiç, 17



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019
23.06.2019